Keçid linkləri

Təcili xəbərlər
2020, 19 Sentyabr, şənbə, Bakı vaxtı 19:13

Maqadanda benzini talonla verirlər


Foto arxiv

Rusiyanın Maqadan şəhərində A-95 markalı benzini yalnız talonla almaq mümkündür.

Məlumata görə şəhərdəki yanacaqdoldurma məntəqələrində qıtlıq yaranıb.

Rəsmi məlumata görə, buna səbəb regiona yanacaq gətirməli olan tankerdə nasazlıq yaranması olub.

Bu barədə vilayətin tariflər və qiymətlər departamentinin rəsmi saytında məlumat yerləşdirilib.

TASS agentliyi bunun nə qədər sürəcəyinə aydınlıq gətirmək istəsə də alınmayıb.

Amma məlumata görə, vilayətdə digər neft məhsulları ilə bağlı qıtlıq yoxdur.

Son vaxtlar ümumilikdə Rusiyada yanacağın bahalaşdığı müşahidə olunur.

Məlumata görə ötən həftə Maqadan vilayətində A-98 markalı benzinin litri 52,20 rubl, A-95 markalı benzinin litri 47,27 rubl, A-92 markalı benzinin litri, 45,03 rubI,dizel yanacağının litri isə 45,80 rub olub.

Amma regionun ayrı-ayrı yaşayış məntəqələrində qiymətlər daha yüksəkdir.

Məsələn, Seymçan qəsəbəsində A-92 markalı benzinin litri 64 rubl, dizel yanacağının litri isə 67 rubldur.

XS
SM
MD
LG