Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 02:33

General Qriqoryanın ailə üzvlərinə məxsus evlər yarılıb


Generalın istirahət zonasından silah-sursat anbarı, maşın parkı, hətta zoopark çıxdı
Gözlə

No media source currently available

0:00 0:01:52 0:00

Generalın istirahət zonasından silah-sursat anbarı, maşın parkı, hətta zoopark çıxdı

Ermənistan polisi mənimsəmədə ittiham olunan general Manvel Qriqoryanın evini, eləcə də onun oğlu, Eçmiədzinin keçmiş meri Karen Qriqoryanın və qızı Naira Qriqoryanın evlərini mühafizə edəcək.

Azadlıq Radiosunun Ermənistan xidməti xəbər verir ki, polis Qriqoryanlara qarşı mümkün təhlükə haqda siqnallar aldığını bildirir.

Eçmiədzin merinin səlahiyyətlərini müvəqqəti icra edən Diana Qasparyan Azadlıq Radiosunun Ermənistan xidmətinə deyib ki, şəhərin polis rəisi ilə görüş keçirərkən eşidib ki, general Manvel Qriqoryanın oğlu Armanın və generalın atalığının evləri yarılıb.

Diana Qasparyan deyib ki, generala qarşı ittihamlar irəli sürüləndən sonra kimlərsə ondan qisas almağa çalışa bilər.

General Manvel Qriqoryan 2016-cı ilin aprelində Qarabağda gedən döyüşlər zamanı ordu üçün nəzərdə tutulan yardımı mənimsəməkdə ittiham edilir. Onun özü evindən çıxan hərbi avadanlıq və ərzaqdan xəbərsiz olduğunu bildirir.

Ermənistan parlamenti deputat Manvel Grigoryanın həbsinə səs verib
Gözlə

No media source currently available

0:00 0:01:27 0:00

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG