Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 13:23

Ekspert: 'Bu sərəncamlar ötən ilin sonu olsaydı...'


Arxiv fotosu
Arxiv fotosu

Bu il aprelin 11-də ölkədə növbədənkənar prezident seçkisi keçiriləcək.

Prezident İlham Əliyev isə fevralın 19-dan təqaüd və müavinətlərin artırılması ilə bağlı bir sıra sərəncamlar verib.

Əvvəlcə 20 Yanvar, müharibə əlilləri və şəhid ailələri kateqoriyasına daxil olan insanlara verilən prezident təqaüdünün 10 faiz artırılması ilə bağlı sərəncam imzalandı. Ardınca, Milli Qəhrəmanlara, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə və Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələrinə verilən təqaüdlərin məbləği artırıldı.

Buna da bax: Tələbələrin də təqaüdü artdı

Yola saldığımız həftə məcburi köçkünlərin də 36 manat məbləğdə vahid aylıq müavinəti 10, fərdi, xüsusi, fəxri adlara görə aylıq təqaüdlər də 10 faizdən 70 faizə qədər dəyişdi. Beşdən çox uşağı olan analara verilən və uşağa qulluğa görə ayrılan müavinətlərə də 10 faiz əlavə edildi.

Dünən, fevralın 24-də isə prezident doktorantlar, ali təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri, şagirdləri və Milli Elmlər Akademiyasının magistraturasında təhsil alanların təqaüdlərinin artırılması haqqında sərəncam imzalayıb. Artımlar martın 1-dən hesablanacaq.

Buna da bax: Azərbaycanda maaş, təqaüd və müavinətlər adətən nə zaman artır? [video]

Bütün bu sərəncamların növbədənkənar prezident seçkisi elanından sonra verilməsi bir sıra suallar doğurur.

Hakim Yeni Azərbaycan Partiyasının namizədi, hazırkı prezident İlham Əliyev səlahiyyətlərindən istifadə edərək təqaüdləri artırır. Ancaq başqa namizədlərin belə bir imkanı yoxdur.

Bəs bu, bərabər rəqabət imkanını pozmurmu?

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) mətbuat xidmətinin sədri Məhərrəm Zülfüqarlı bildirib ki, təbliğat kampaniyası başlamadığından sərəncamlar pozuntu sayıla bilməz:

Məhərrəm Zülfüqarlı
Məhərrəm Zülfüqarlı

“Prezident kampaniya başlana qədər ölkə başçısı səlahiyyətlərini yerinə yetirməlidir. Əgər, təbliğat kampaniya başlanandan sonra sərəncamlar imzalansaydı, pozuntu hesab edilə bilərdi”.

“Seçkiyə ayyarım qalmış ardıcıllıqla təqaüdlərin artırılması ilə bağlı sərəncamlarının verilməsi ictimai rəyə təsir məqsədi daşımırmı” sualına Məhərrəm Zülfüqarlı cavab verib ki, onsuz da seçki olanda da, olmayanda da bu istiqamətdə addımlar atılır. AVCİYA təmsilçisinin deməsinə görə, maaş da, təqaüdlər də artır:

“Təşviqat kampaniyası başlamadığından, bunlar prezidentin gördüyü adi işlərdəndir...”

“Hər halda 2003-cü ildən ölkəyə başçılıq edən İlham Əliyevlə namizədlər arasında fərq var, bunu görməmək mümkün deyil.

Prezident hansısa açılışa qatılacaqsa, bunu da təbliğat adlandıracaqsınız?! Amma təşviqat kampaniyası başlamadığından, bunlar prezidentin gördüyü adi işlərdən biridir ki, həmişə bunları görür. Ona görə qeyri-adi bir şey axtarmağa ehtiyac yoxdur”.

Buna da bax: 'Seçki ərəfəsində səxavət boğçası'

Demokratik Təşəbbüslər İnstitutunun sədri Akif Qurbanov isə Seçki Məcəlləsinin 88-ci maddəsini xatırladaraq bildirib ki, seçicilərin bu və ya başqa formada ələ alınması qadağandır:

Akif Qurbanov
Akif Qurbanov

“Hökumət deyir ki, seçicilərin ələ alınması məsələsi prezidentin fəaliyyətinə aid deyil. Yəni prezident öz vəzifəsini icra edir, namizəd olmasından başqa həm də prezidentdir və onun iqtisadi-siyasi proqramı var, bu çərçivədə fəaliyyətini davam etdirir. Məhz son artımlar da onunla əlaqədardır. Beləliklə, mövcud qanunvericilik birbaşa prezidentin bu tipli fəaliyyətini məhdudlaşdırmır”.

“Normal ölkələrdə belə situasiyalarda qanunun müəyyən məhdudiyyətləri var”

Akif Qurbanov deyib ki, demokratik ölkələrdə bu məsələlər tənzimlənir: “Normal ölkələrdə belə situasiyalarda qanunun müəyyən məhdudiyyətləri var. Azərbaycan Seçki Məcəlləsinin 69-cu maddəsində namizədlərin bərabərliyi anlayışı var. Hər bir namizədin hüquq və vəzifələrinin bərabərliyi tələbi qoyulub. Düzdür, məcəllədə göstərilib ki, vəzifənin icrası baxımından bu prezident, deputat və bələdiyyə üzvünə aid deyil. Amma bu norma beynəlxalq praktikaya uyğun tətbiq edilməlidir. Əgər tətbiq olunsa, bütün tərəflərə bərabər şərait yaradılmalıdır”.

Buna da bax: İqtisadçı: 'Pensiyalarda bu artım 1 kiloqram kərə yağı etmir'

Akif Qurbanov indiki situasiyada ölkə başçısının sərəncamlarının seçici rəyinə təsir etdiyini, amma rəqiblərinin belə imkan və resurslarının olmadığı qənaətindədir:

“Belə olduqda namizədlərin bərabərliyindən danışmaq mümkün deyil. Yəni qanun konkret qadağa qoymasa da, amma hər kəsə aydındır. İstər məntiqi, istər siyasi, istərsə də ictimai rəyə təsir baxımından bu sərəncamlar büdcənin qəbulundan sonra, ötən ilin sonu olsaydı, daha ağlabatan görünərdi. Amma növbədənkənar seçki sərəncamı imzalanır, ardınca təqaüdlərin artırılması istiqamətində ardı-arda addımlar atılırsa, bu, seçicilərin rəyinə birbaşa təsir məqsədi daşıyır və onları hakim namizədin xeyrinə səs verməyə təşviq edir”.

Buna da bax:

Maaş və pensiyalar nə qədər artsın?
Gözlə

No media source currently available

0:00 0:01:30 0:00

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG