Keçid linkləri

Təcili xəbərlər
2021, 16 Yanvar, şənbə, Bakı vaxtı 16:48

Tələbələrin də təqaüdü artdı


İlham Əliyevin sərəncamları: Pensiya artımı, yoxsa seçki təbliğatı?
Gözlə

No media source currently available

0:00 0:14:34 0:00

İlham Əliyevin sərəncamları: Pensiya artımı, yoxsa seçki təbliğatı?

Prezident İlham Əliyev fevralın 24-də doktorantlar, ali təhsil, orta ixtisas, ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri, şagirdləri və Milli Elmlər Akademiyasının magistraturasında təhsil alanların təqaüdlərinin artırılması haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən onların martın 1-dən təqaüdləri 10 faiz artırılır.

Dövlət başçısının imzaladığı başqa bir sərəncamla isə Azərbaycan ali məktəb tələbələrinə verilən prezident təqaüdünün aylıq məbləği də həmin tarixdən 10 faiz artırılır.

Prezident İlham Əliyev fevralın 19-dan təqaüd və müvinətlərin artırılması ilə bağlı bir sıra sərəncmlar verib. Fevralın 19-da O, 20 Yanvar, müharibə əlilləri və şəhid ailələri kateqoriyasına daxil olan insanlara verilən prezident təqaüdünün 10 faiz artırılması ilə bağlı sərəncam imzalamışdı.

Fevralın 20-də də Milli Qəhrəmanlara, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə və Əfqanıstanda həlak olan hərbi qulluqçuların ailələrinə verilən təqaüdlərin məbləği artırılmışdı.

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxsə prezident təqaüdü 1300 manatdan 1500 manata yüksəldilib.

Fevralın 21-də də məcburi köçkünlərin 36 manat məbləğdə vahid aylıq müavinəti 10 faiz artırılıb.

Fevralın 22-də də prezidentin fərdi, xüsusi təqaüdlər, və fəxri adlara görə aylıq təqaüdlər çoxaldıb. Bu artımlar isə 10 və 70 faiz arasında dəyişir.
Fevralın 23-də isə prezident sosial, beşdən çox uşağı olan qadınlara verilən və uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara ayrılan aylıq müavinətlərin məbləğini artırıb.

XS
SM
MD
LG