Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyun, Bazar ertəsi, Bakı vaxtı 11:57

Prezident təqaüdlərində artım bəlli oldu


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat sözçüsü Elman Babayev

Müharibə, 20 Yanvar əlilləri və şəhid ailələri kateqoriyasına daxil olanlara verilən prezident təqaüdlərinin artırılması haqda sərəncamlar ümumilikdə 33,6 min nəfərə şamil olunacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat sözçüsü Elman Babayev prezident İlham Əliyevin fevralın 19-da verdiyi sərəncamlarla bağlı şərhində belə qeyd edib.

Onun bildirdiyinə görə, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olanlardan ötrü prezidentin təqaüdünün artırılması haqda sərəncam 12 min 556 ailəyə şamil olunacaq. Bu artımın həyata keçirilməsi məqsədi ilə dövlət büdcəsindən ilin sonunadək 2,9 milyon manat əlavə vəsaitin ayrılması lazım olacaq.

Buna da bax: Prezidentin bəzi təqaüdləri artdı - 10 faiz

Müharibə əlillərinə prezident təqaüdünün artırılması haqda sərəncam isə 20 min 744 nəfərə şamil olunacaq. Onlardan 14 min 134 nəfəri Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər sayılır. 345 nəfər İkinci Dünya müharibəsi, 3 min 363 nəfər hərbi qulluqda xəsarət alanlar, 2 min 902 nəfər isə Çernobıl əlilləridir.

Sərəncamın icrası ilə əlaqədar qeyd olunan şəxslərə dövlət büdcəsindən ilin sonunadək 3 milyon manata yaxın əlavə vəsait ayrılmalıdır.

20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərlə bağlı sərəncam isə cəmi 307 nəfərə şamil olunacaq. Onların təqaüdlərinin artımına il ərzində 40,8 min manat sərf ediləcək.

Xatırlatma

Fevralın 19-da 20 Yanvar, müharibə əlilləri və şəhid ailələri kateqoriyasına daxil olan insanlara verilən prezident təqaüdünün məbləği artırılıb. Sərəncama əsasən, qeyd olunan kateqoriyadan olan şəxslərə verilən prezident təqaüdünə 10 faiz əlavə edilib .

Artım qərarı mart ayının 1-dən qüvvəyə minəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG