Keçid linkləri

Təcili xəbərlər
2019, 15 Dekabr, bazar, Bakı vaxtı 19:19

Leysan, dolu gözlənir 


arxiv foto

İyulun 28-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənir.

Lakin səhər bəzi yerlərdə yağış yağacağı və şimal küləyinin əsəcəyi ehtimalı var.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Abşeronda gecə 22-25, gündüz 29-33, Bakıda gecə 22-24, gündüz 30-32 dərəcə isti proqnozlaşdırılır.

İyulun 28-də Azərbaycanın bəzi rayonlarında da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı şimal və qərb rayonlarında yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var.Gecə 20-25,gündüz 31-36, dağlarda gecə 13-17, gündüz 19-24 dərəcə isti təxmin edilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG