Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 08:04

Küveyt İrandakı səfirini geri çağırdı


Küveyt İrandakı səfirini geri çağırsa da, İran diplomatlarını ölkədən çıxarmayıb.

Küveyt İrandakı səfirini geri çağırdığını bəyan edib.

Bundan əvvəl Tehrandakı səfirlyi və Məşhəddəki konsulluğu yandırılan Səudiyyə Ərəbistanı İranla bütün diplomatik əlaqələri kəsib.

Bunun ardınca Səudiyyə ilə həmrəylik ifadəsi olaraq Sudan və Bəhreyn də İrandakı diplomatik missiyalarını bağlayıblar.

İrandakı zorakı etiraz aksiyalarına Səudiyyənin şiə ruhani lideri Nimr al-Nimr-i gözlənilmədən edam etməsi səbəb olmuşdu.

İranla yaxşı münasibətləri olan Qətər və Oman da hələlik son hadisələrə heç bir reaksiya verməyiblər

Küveyt Xarici İşlər Nazirliyi Səudiyyə səfirliyinə basqını “beynəlxalq normaların kobudcasına pozulması” adlandırıb.

Bazar ertəsi BMT bütün tərəfləri təmkinə çağıran sərt qətnamə qəbul edib.

Bu qətnamədə Nimr-in edamı ilə bağlı heç nə deyilmir.

Təhlilçilər bildirirlər ki, heç də bütün Körfəz ölkələri Səudiyyədən nümunə götürməyəcəklər.

Küveytin özü də İran diplomatlarını ölkədən qovmayıb.

İranla sərfəli ticarət əlaqələrinə malik Birləşmiş Ərəb Əmirlikləri isə diplomatik missiyasının yalnız dərəcəsini azaldıb.

İranla yaxşı münasibətləri olan Qətər və Oman da hələlik son hadisələrə heç bir reaksiya verməyiblər.

XS
SM
MD
LG