Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:05

İranlılar Səudiyyə səfirliyinə od vurdular


Tehrandakı Səudiyyə səfirliyi kütlə tərəfindən yandırlıb
Tehrandakı Səudiyyə səfirliyi kütlə tərəfindən yandırlıb

Səudiyyədə tanınmış şiə ruhanisi Nimr al-Nimr-in edamına görə qəzəbli izdiham bu ölkənin Tehrandakı səfirliyinə od vurub və dağıntı törədib

Səudiyyədə tanınmış şiə ruhanisi Nimr al-Nimr-in edamına görə qəzəbli izdiham bu ölkənin Tehrandakı səfirliyinə od vurub və dağıntı törədib.

Əvvəlcə binanın qarşısında gur etiraz edən kütlənin içindən yandırıcı butılkalar atılıb. Daha sonra etirazçılardan bəziləri səfirliyin binasına daxil olub, binanın damına çıxıb.

Polis kütləni dağıtmaq üçün gözyaşardıcı qazlardan istifadə etməli olub.

Səudiyyənin Qatif şəhərində kütləvi etiraz aksiyaları davam edir
Səudiyyənin Qatif şəhərində kütləvi etiraz aksiyaları davam edir

İSNA agentliyi xəbər verir ki, Səudiyyənin Məşhəddəki konsulluğuna da hücum edilib. Orada da binaya od vurulub.

Dünya telekanalları səfirilyin yanan binasının görüntülərini yayıb.

Binaların söndürüldüyü və iğtişaşçılar arasında həbslərin aparıldığı xəbər verilib.

Səudiyyə Ərəbistanında tanınmış ruhani xadim Şeyx Nimr al-Nimrin edam edilməsi bütün region boyunca şiə müsəlmanların hiddətinə səbəb olub.

İran Səudiyyədəki edamla bağlı kəskin nota verib.

Səudiyyənin şiələr yaşayan Şərq əyalətində, Bəhreyndə və başqa ərəb ölkələrində hiddətli etiraz aksiyaları keçirilib.

Londondakı Səudiyyə səfirliyinin qarşısına da etirazçılar toplaşıb

Şeyx Nimr 2011-ci ildə kütləvi etirazlara çağırması ilə məşhurlaşmışdı. O, sünni Səudiyyədə şiə azlığının qorxmaz müdafiəçisi sayılırdı.

Nimr al-Nimrdən başqa eyni gündə terrorizmə görə məhkum edilmiş 47 nəfər də edam edilib.

Səudiyyə Ərəbistanına ən güclü etiraz İrandan gəlib. İranın Xarici İşlər nazirliyi bəyan edib ki, “Səudiyyənin bu hərəkəti ona baha başa gələcək”. Səudiyyənin Tehrandakı səfiri “danlanmaq” üçün XİN-ə dəvət olunub.

Son məlumatlara görə Londondakı Səudiyyə səfirliyinin qarşısına da etirazçılar toplaşıb.

Khamenei Səudiyyəni İŞİD-ə bənzədib

İranın ali rəhbəri ayətullah Khamenei-nin internet saytında sözü gedən edam İslam Dövləti adlandırılan qrupun edamlarına bənzədilib.

Hazırda İran və Səudiyyə ərəb dünyasında şiə və sünni münaqişələrinin ön cəbhəsindədirlər.

Livanın Şiə Şurası edamı “dəhşətli səhv” adlandırıb, Livan Hizbullahı isə onu “sui-qəsd” kimi qiymətləndirdiyini bəyan edib.

İranın Xarici İşlər nazirliyi bəyan edib ki, “Səudiyyənin bu hərəkəti ona baha başa gələcək”

Əhalisinin əksəriyyəti şiə olan qonşu Bəhreyndə ölkənin sünni azlığından olan kralın hakimiyyətinə qarşı da aksiyalar keçirilib.

İraqda məşhur şiə ruhani lideri Moqtada al-Sadr bütün şiələri “dinc etirazlara” çağırıb.

Səudiyyənin özündə də etiraz aksiyaları olub. Şərq əyalətinin Qatif məntəqəsində kütləvi aksiyaların qadağanına baxmayaraq şiələr “Məhv olsun Səud ailəsi” şüarları ilə yürüşə çıxıblar.

Başqa edam olunanların arasında BBC operatorunun qətlində ittiham edilən Adel Al-Dubayti də var.

Rəsmi və qeyri-rəsmi sələfilik

2012-ci ildə Şeyx Nimr yaralı vəziyyətdə həbs ediləndə, bütün Şərq əyaləti boyunca zorakı aksiyalar keçirilmiş, iğtişaşlarda üç nəfər həlak olmuşdu.

Səudiyyədə boyunların vurulması ilə edamlar həyata keçirilir
Səudiyyədə boyunların vurulması ilə edamlar həyata keçirilir

Sözü gedən 47 nəfər şənbə günü 12 məntəqədə eyni vaxtda, güllələmə və boyunlarının vurulması iləedam edilib. Edam edilənlərdən 45-i səudiyyəli, biri misirli, biri isə çadlı idi. Onlardan şiə olan 4 nəfəri polis zabitinin öldürülməsində ittiham edilirdi.

Səudiyyə hökuməti edam edilənlərdən 43-nün sünni cihadçılar olduğunu bəyan edib.

İŞİD və əl-Qaedanın əksər cihadçı qruplaşmaları və Səudiyyə, İslamın eyni təriqətinin davamçıları olsalar da, cihadçılar, hökumət tərəfindən təyin edilmiş ruhani rəhbərləri qəbul etmirlər.

Beynəlxalq insan haqları təşkilatları bu edamları “dəhşətli” adlandırıblar. Onlar bildirirlər ki, edamlardan ən azı 4-nün motivi siyasi olub.

Şeyx Nimr kimdir?

50 yaşlarında olan ruhani, Səudiyyə Ərəbistanı kral ailəsinin ən sərt tənqidçisi idi.

Səudiyyə Ərəbistanı ötən il ümumilikdə 150 edam həyata keçirib. Bu, son 20 ildə ən böyük edam rəqəmidir

Son on il ərzində o dəfələrlə həbs olunmuş, gizli polis tərəfindən dəhşətli işgəncələrə məruz qaldığını iddia etmişdi.

Wikileaks saytının 2008-ci ildə açıqlanmış materiallarında deyilirdi ki, Nimr anti-ABŞ bəyanatlarından və İranla yaxın əlaqədə görünməkdən çəkinir.

Şeyxin gənc şiələr arasında xüsusilə böyük nüfuza malik olduğu deyilir.

Xarici əlaqələrdə ehtiyatlılığına baxmayaraq, Nimr-ə qarşı ittihamların arasında “xariciləri ölkənin daxili işlərinə qarışdırmaq” ittihamı da var.

Səudiyyə hökuməti şiələrə qarşı diskriminasiya və zorakılıq iddialarını rədd edir və bildirir ki, İran regionda məzhəb münaqişələrini qızışdırır.

Səudiyyə Ərəbistanı ötən il ümumilikdə 150 edam həyata keçirib. Bu, son 20 ildə ən böyük edam rəqəmidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG