Keçid linkləri

2024, 13 Oktyabr, bazar, Bakı vaxtı 18:09

İndoneziya ev qulluqçusunun edamına görə Səudiyyəyə nota verdi


İndoneziya hökuməti bu ölkədə ev qulluqçuluğu edən vətəndaşının boynu vurularaq edam edilməsinə etiraz olaraq Səudiyyə Ərəbistanına nota verib.

İndoneziya hökuməti bu ölkədə ev qulluqçuluğu edən vətəndaşının boynu vurularaq edam edilməsinə etiraz olaraq Səudiyyə Ərəbistanına nota verib.

Siti Zainab adlı indoneziyalı ev qulluqçusu Mədinə şəhərində işlədiyi evin sahibi Noura al-Morobei-i 1999-cu ildə bıçaqlayaraq öldürdüyünə görə çərşənbə axşamı edam edilib.

İndoneziyanın xarici işlər naziri Retno Marsudi deyib ki, edam barədə nə İndoneziya rəsmilərinə, nə vətəndaşın ailəsinə əvvəlcədən xəbər verilməyib.

Bu qadının edam hökmünün ləğv edilməsi üçün İndoneziyanın hazırkı və üç sabiq prezidentləri rica etmişdilər.

İnsan haqları təşkilatları bu edama etiraz olaraq bildirirlər ki, xanım Zainab cinayəti özünümüdafiə zamanı törədib.

Səudiyyənin İndoneziyadakı səfiri Mustafa Ibrahim al-Mubarak İndoneziya Xarici İşlər Nazirliyinə dəvət olunmasından və ona nota təqdim edilməsindən təəccübləndiyini bildirib.

XS
SM
MD
LG