Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 09:26

Səudiyyə İranla diplomatik münasibətləri kəsdi


Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir
Səudiyyənin xarici işlər naziri Adel al-Jubeir

Şiə ruhani liderinin edamına görə Tehranda Səudiyyə səfirliyinin yandırılmasından sonra Ər-Riyad Tehranla diplomatik əlaqələri kəsdiyini elan edib.

Şiə ruhani liderinin edamına görə Tehranda Səudiyyə səfirliyinin yandırılmasından sonra Ər-Riyad Tehranla diplomatik əlaqələri kəsdiyini elan edib.

Tehranda Səudiyyə Ərəbistanı səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilib
Tehranda Səudiyyə Ərəbistanı səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilib

Bu barədə bəyanatı Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel al-Jubeir verib.

Səudiyyədə məşhur şiə ruhanisi Nimr al-Nimrin edamına etiraz edən qəzəbli kütlə bu ölkənin Tehrandakı səfirliyinə od vurmuş və talan etmişdi.

Bu hadisənin ardınca çıxış edən ali rəhbər Ali Khamenei Səudiyyə Ərəbistanına “Allahın qəzəbini” vəd edib.

Ayətullah Khamenei şeyx Nimr al-Nimr-i “dinc mübarizə aparan şəhid” adlandırıb.

İrandan alınan xəbərlərə görə, hazırda Səudiyyə səfirliyinin qarşısında yüzlərlə etirazçı var. Tehran bələdiyyəsi səfirlik yerləşən küçənin adını təcili qaydada dəyişib. İndi bu, Nimr küçəsidir.

Səudiyyə Ərəbistanı Nimr-lə eyni gündə daha 46 nəfəri edam etmişdi. Hökumət onlardan 43-nün sünni cihadçılar və yalnız dördünün şiə olduğunu bəyan edib.

Khamenei Səud ailəsinə qarğış etdi

Lakin ayətullah Khamenei deyib ki, Nimr Səudiyyənin sünni hakimiyyətinə etiraz etdiyi üçün qətlə yetirilib.

“Bu təqib olunan alim nə camaatı silahlı hərəkata çağırırdı, nə də gizli qəsdləri vardı” – yazıb Khamenei Tvitterdə.

Ayətullah deyib ki, bu qətlə görə Səudiyyə siyasətçiləri Allahın qəzəbinə gələcəklər.

Tehranda anti-Səud etirazları davam edir
Tehranda anti-Səud etirazları davam edir

Şərhçilər bildirirlər ki, Nimr al-Nimr 2012-ci ildə həbs olunanadək antihökumət etirazlarının lideri idi.

İran Xarici İşlər Nazirliyinin bəyantında deyilir ki, Səudiyyənin hərəkətləri ona baha oturacaq.

Şeyx Nimr-in edamı başqa ölkələrdə də şiə müsəlmanların qəzəbli etirazlarına səbəb olub.

İraqda böyük ayətullah Ali al-Sistani edamı “ədalətsiz təcavüz” adlandırıb.

Livan Hizbullah təşkilatının lideri Hassan Nasrallah bəyan edib ki, Səudiyyənin hakim ailəsi bütün dünyada sünni-şiə vətəndaş müharibəsini qızışdırır.

O deyib ki, “Nimr-in qanı əs-Səud ailəsini Qiyamət gününədək tutacaq”.

ABŞ və BMT tərəfləri təmkinə çağrıblar.

Şeyx Nimr kimdir?

50 yaşlarında olan ruhani, Səudiyyə Ərəbistanı kral ailəsinin ən sərt tənqidçisi idi.

Səudiyyə Ərəbistanının şərqində etirazlar olub
Səudiyyə Ərəbistanının şərqində etirazlar olub

Son on il ərzində o dəfələrlə həbs olunmuş, gizli polis tərəfindən dəhşətli işgəncələrə məruz qaldığını iddia etmişdi.

Wikileaks saytının 2008-ci ildə açıqlanmış materiallarında deyilirdi ki, Nimr anti-ABŞ bəyanatlarından və İranla yaxın əlaqədə görünməkdən çəkinir.

Şeyxin gənc şiələr arasında xüsusilə böyük nüfuza malik olduğu deyilir.

Xarici əlaqələrdə ehtiyatlılığına baxmayaraq, Nimr-ə qarşı ittihamların arasında “xariciləri ölkənin daxili işlərinə qarışdırmaq” ittihamı da var.

Səudiyyə hökuməti şiələrə qarşı diskriminasiya və zorakılıq iddialarını rədd edir və bildirir ki, İran regionda məzhəb münaqişələrini qızışdırır.

Səudiyyə Ərəbistanı ötən il ümumilikdə 150 edam həyata keçirib. Bu, son 20 ildə ən böyük edam rəqəmidir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG