Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:25

'Hərəmxana', 'obşak', yoxsa ailə - söhbət Krımı idarə edənlərdən gedir...


Ukrayna, Krım, Baxçasaray. Krımın hazırkı "başçısı" Sergey Aksenov və "Dövlət Katibi" Vladimir Konstantinov.
Ukrayna, Krım, Baxçasaray. Krımın hazırkı "başçısı" Sergey Aksenov və "Dövlət Katibi" Vladimir Konstantinov.

Krımın hazırkı hökuməti "referendumdan" sonra yarımadada hakimiyyət strukturlarına yanaşmanın tamamilə dəyişdiyini, "Ukrayna zamanındakı kimi" tanışlıq və korrupsiya praktikasının keçmişdə qaldığını iddia edir.

Ancaq "Krım. Realii" (Krım reallıqları) portalının dəyərləndirməsinə görə, azı, otuz məmur və deputatın ilhaq olunmuş Krımın rəhbərləri ilə qohumluq, partiya və biznes əlaqələri var. Bu barədə AzadlıqRadiosu-nun rus xidməti yazır.

Buna da bax:​ Krımın ilhaqından iki il keçir

“ƏSL HƏRƏMXANADIR”

Krımın baş nazirinin keçmiş müavini Mikhail Sheremet-in köməkçisi Vladimir Garnachuk deyir ki, baş nazir Sergei Aksyonov və parlamentin spikeri Vladimir Konstantinov əsas vəzifələri peşəkarlıq prinsipi ilə deyil, şəxsi simpatiyalarına görə, tanışlıqla paylayıblar.

"Krımın başında onların dostları, qohumları və məşuqələri qaldı. Bu, gözümün qabağında baş verib və krımlıların açıq narazılığına səbəb olub. Vladimir Konstantinov öz məşuqələrini deputatlığa sürüyüb gətirib. Məncə bu, əsl hərəmxanadır. ...Federal hökumət kömək təklif edəndə onu kobud şəkildə rədd edirdilər", – o, “Krım. Realii” radiosunun efirində deyib.

"Rusiya kommunistləri" partiyasının Krım şöbəsinin rəhbəri Leonid Grach isə Aksyonov-un komandasını "obşak" adlandırır. Krımın ictimai fəalları yarımadada tanışlıq və qohumbazlığın çiçəkləndiyini deyirlər.

Buna da bax: Krımda Türkiyə əleyhinə aksiya keçirilib

30 MƏMUR VƏ DEPUTAT QOHUMDUR

“Krım. Realii” portalı Krımın hakimiyyət strukturları və deputat korpusunun əsas kadr tərkibini dəyərləndirərək, azı, 30 məmur və deputatın Aksyonov və Konstantinov-la birbaşa qohumluq, dostluq və biznes əlaqələrini aşkarlayıb. Ancaq daha çox belə halın mövcudluğu istisna deyil.

Krımın baş naziri Sergei Aksyonov ilhaqdan sonra bütün nəsil-nəcabətini işə düzəldib. Onun "Russkoye yedinstvo" partiyasından keçmiş silahdaşları və ailə biznesi ilə bağlı tərəfdaşları da vəzifəsiz qalmayıblar.

Aksyonov-un atası Valery Aksyonov 2014-cü ildə keçirilmiş yerli sovet seçkilərindən sonra Krım parlamentinin deputatı olub. O, eyni zamanda parlamentin tikinti və mənzil-kommunal təsərrüfatı komitəsinin sədr müavinidir.

Buna da bax:​ Rusiya hökuməti Krım həqiqətlərini yayan saytı blokladı

AKSYONOV-UN QOHUMLARI

Parlamentin əmlak və torpaq münasibətləri komitəsinin sədri isə Aksyonov-un baldızı Yevgeniya Dobrynyadır.

Aksyonov-un qaynanası Lyudmila Dobrynya isə 2014-cü ildən Krımın ictimai palatasının üzvüdür.

Lenta.ru saytı yazır ki, Krımın "Ekspert-texniki mərkəzi" adlı dövlət müəssisəsinə rəhbərlik edən Aleksandr Dobrynya Aksyonov-un qaynı, kənd təsərrüfatı nazirliyinin balıqçılıq departamentinin rəhbəri Andrei Dedyukhin isə onun bacanağı, Yevgeniya Dobrynya-nın əridir. “Lenta.ru” həmçinin bildirir ki, Aksyonovlar ailəsinin biznes partnyorları da indi dövlət vəzifələrindədir. Onlardan Krım parlamentinin deputatları Sergei Borodkin və Nikolai Vysotskinin adları çəkilir.

Buna da bax:​ ABŞ Rusiyanın Krımı ilhaqını pislədi

Bundan başqa, Rusiya Dövlət Dumasının deputatı Mikhail Sheremet və Aksyonov-un müşaviri Svetlana Babiy-in də biznes tərəfdaşlar arasında olduğu bildirilir. Onların hər ikisi əvvəllər Aksyonov-un şirkətində işləyiblər. Krımın hazırkı maliyyə nazirinin müavini Natalya Fedchun-sa keçmişdə Aksyonov-un qaynanasının şirkətinə rəhbərlik edib.

“KÖHNƏ KRIM KADRLARI”

Krımın rəqabət siyasəti komitəsinin sədri Artyom Zilbervarg və onun müavini Yaroslav Slivka da bu kateqoriyadandır. Yaltanın administrasiyasının rəhbəri Andrei Rostenko-nunsa Aksyonov-un köhnə tanışı olduğu bildirilir.

Krım parlamentinin spikeri Vladimir Konstantinov-sa özünü "köhnə Krım kadrları" ilə əhatələyib. Bundan başqa, ona məxsus "Ukrrosbud" tikinti korporasiyası və "Konsol" şirkətinin əməkdaşları da hazırda Krım hökumətinin yüksək eşalonlarında təmsil olunur.

Buna da bax: Krımda AzadlıqRadiosu jurnalistinin məhkəməsi başlanır

"Ukrrosbud"un keçmiş maliyyəçisi Yelizaveta Kozhicheva bir müddət Konstantinov-un referent-katibi işlədikdən sonra hazırda Krımın idman naziri postunu tutur. Krımın tikinti və memarlıq naziri Sergei Kononov və mədəni irsin qorunması komitəsinin rəhbəri Aleksandr Didenko "Konsol"un keçmiş əməkdaşlarıdır. "Ukrrosbud"un keçmiş maliyyə direktoru Oksana Sergienko Konstantinov parlamentə gələndən sonra onun köməkçisi, spikerin katibliyinin rəhbəri olub. 2014-cü ildən bəri isə Krım parlamentinin deputatıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG