Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:36

ABŞ Rusiyanın Krımı ilhaqını pislədi


ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner
ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner

Birləşmiş Ştatlar martın 16-da Rusiyanın Krımı ilhaq etməsini və və sonradan bu ilhaqı legitimləşdirmək üçün Moskvanın orada düzəltdiyi referendumu kəskin şəkildə pisləyib.

AzadlıqRadiosu xəbər verir ki, ABŞ Dövlət Departamenti ilhaqı kəskin tənqid edən bəyanatı yarımadada Rusiya tərəfindən keçirilmiş referendumun üçüncü ildönümü günü verib.

Bu referendum yarımadadakı hökumət binaları formalarında heç bir nişan olmayan Rusiya xüsusi qüvvələri tərəfindən zəbt edildikdən sonra keçirilmişdi.

Prezident Donald Trump özünün seçki kampaniyası zamanı Moskva ilə daha yaxşı münasibətlərə can atacağını bildirsə də, Dövlət Departamenti bu bəyanatı ilə ABŞ-ın Krımın işğalı ilə bağlı Rusiyaya münasibətdə Barack Obamanın siyasətini davam etdirdiyini göstərib.

Dövlət Departamentinin sözçüsü Mark Tonerin səsləndirdiyi bəyanatda deyilir ki, Birləşmiş Ştatlar Rusiyanın 2014-cü ilin 16 martında Krımda keçirdiyi “referendumu”, habelə yarımadanın beynəlxalq qanunlara rəğmən ilhaqını tanımır.

"Biz bir daha Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiqliyimizi təsdiq edirik” – deyilir bəyanatda.

2014-cü ildə Krımı işğal edən Rusiya xüsusi qüvvələri
2014-cü ildə Krımı işğal edən Rusiya xüsusi qüvvələri

Trump özünün seçki kampaniyası zamanı Vaşinqton və Moskva arasında yaxşı münasibətlərə, terrorizmə qarşı mübarizə də daxil bir bir neçə sahədə əməkdaşlığa çalışacağını bildirmişdi.

O habelə demişdi ki, Rusiyanın üzərindəki sanksiyaların qaldırılması məsələsini nəzərdən keçirə bilər. Trump-ın məhz bu kimi bəyanatları ABŞ-ın Avropa müttəfiqlərini narahat etmişdi. Onlar Trump-ın Rusiya ekspansionizminə göz yuma biləcəyindən narahat olmuşdular.

Lakin indi, Trump-ın Ağ Evə gəlişindən keçən iki ay ərzində onun administrasiyasının Krım məsələsində mövqeyini yumşaltmasının heç bir əlamətləri görünmür.

Bundan əvvəl, Trump-ın kabinet üzvləri, ələlxüsus da onun BMT səfiri Nikki Haley, Rusiyanın Krımı işğal etməsini kəskin pisləmişdilər.

ABŞ Dövlət Departamentinin 16 mart tarixli bəyanatında deyilir ki, Vaşinqton bir daha “Rusiyanın Krımı işğal etməsini pisləyir və bu işğalın dərhal dayandırılmasına çağırır”.

Bəyanatda bu da xüsusilə vurğulanır ki, “bizim Krımla bağlı sanksiyalarımız Rusiya yarımadanı Ukraynanın nəzaərtinə qaytaranədək davam edəcək”.

Rusiya prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov müxbirlərə bildirib ki, Krımın ABŞ-la hər hansı sövdələşmə əsasında Ukraynaya qaytarılması istisna olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG