Keçid linkləri

Təcili xəbərlər
2018, 14 Dekabr, Cümə, Bakı vaxtı 02:24

Krımda AzadlıqRadiosu jurnalistinin məhkəməsi başlanır


Mykola Semena

Martın 20-də Rusiyanın Ukraynadan ilhaq etdiyi Krımda AzadlıqRadiosu ilə əməkdaşlıq edən jurnalistin məhkəməsi başlanır. Mykola Semena separatçılıqda ittiham olunur. O, Moskvanın yarımadanı tutmasını tənqid edən məqaləsində yarımadanın ukraynalı fəallar tərəfindən blokadasına dəstəyini bildirmişdi.

Beynəlxalq ictimaiyyət Rusiyadan jurnalistə ittihamları ləğv etməyə çağırır.

66 yaşlı Semena-nın məqaləsi 2015-ci ildə AzadlıqRadiosunun «Krym.Realtii» (Krım Reallıqları) saytında dərc olunmuşdu.

Jurnalistin Krımdan çıxması yasaqlanıb, Simferopoldan kənara çıxmağa da icazə almalıdır.

Hazırda Krımda 30-dan artıq Ukrayna vətəndaşı ya həbsxanadadır, ya da hərəkət azadlığı məhdudlaşdırılıb. Avropa Parlamenti ötən həftə qəbul etdiyi qətnamədə Moskvanı həmin şəxsləri azad etməyə çağırıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG