Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:42

Rusiya hökuməti Krım həqiqətlərini yayan saytı blokladı


Krım.Realii
Krım.Realii

►Rusiya və onun ilhaq etdiyi Krım ərazisində Krım.Realii (krymr.org) saytına giriş bloklanıb.

Rusiyanın regionlarından və Krımdan olan istifadəçilər mayın 11-də bu barədə məlumat verməyə başlayıblar. Mayın 12-də isə Krımın prokuroru Natalya Poklonskaya bu xəbəri "TASS"a rəsmən təsdiq edib.

Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət üzrə Federal Xidmət - Roskomnadzorun saytında göstərilir ki, Rusiya Baş Prokurorluğunun 2015-ci il 25 sentyabr tarixli qərarına görə Krım.Realii saytına giriş məhdudlaşdırılır.

Ukraynanın Ali Radası 2014-cü il fevralın 20-sini rəsmən Krım və Sevastopolun Rusiya tərəfindən müvəqqəti işğalının başlanması günü elan edib.

Beynəlxalq təşkilatlar Krımın işğaılını və ilhaqını qeyri-qanuni hesab edirlər və Rusiyanın hərəkətlərini qınayırlar. Qərb dövlətləri Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq ediblər. Rusiya isə işğal faktını inkar edir və baş verənləri "tarixi ədalətin bərpası" adlandırır.

Nenad Pejic
Nenad Pejic

Azad Avropa və Azadlıq Radioları Korporasiyalarının baş redaktoru Nenad Pejic portalın bağlanmasını "aqressiv akt" adlandıraraq pisləyib:

O deyib ki, bu yolla oxucuların Rusiya və Krımda ilhaq haqda həqiqəti bilməsi önlənir""

N.Peyic bildirib ki, bu, Azad Avropa və Azadlıq Radioları Korporasiyasına və azad məlumata əlyetərlilik kimi fundamental insan haqlarına hücumdur.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG