Keçid linkləri

2024, 14 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:21

Kredit borcları 2 milyard olan ölkədən çıxışa qadağa qoyulması... [video]


Prezident ölkədə internetin azad olduğunu deyir, Siz necə düşünürsünüz?
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

Prezident ölkədə internetin azad olduğunu deyir, Siz necə düşünürsünüz? [A-Live]

Vətəndaş borcunu ödəyə bilmirsə, dövlət ona ölkədən çıxmaq qadağası qoysunmu?

Azərbaycanda 14 min adam var ki Ədliyyə Nazirliyinin qadağasına görə, ölkədən çıxa bilmir - onlar borclarını ödəməyiblər.

Nazirliyin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov deyir ki, bu adamlara səyahət qadağası məhkəmənin qərarı ilə qoyulub:

Faiq Qurbanov
Faiq Qurbanov

“Burda söhbət vergidən yayınma ilə bağlı, müəyyən hüquqi şəxslərlə bağlı məsələlərdən gedir. Ola bilər ki, kiminsə bank öhdəliyi var, yerinə yetirməyib. Yəni, kimin barəsində qanunla müəyyən olunmuş qaydada məhkəmə hökmü varsa, onlara bu məhdudiyyət qoyulur”.

Buna da bax: Ədliyyə ötən il 14 min borcluya ‘stop’ qoyub

Faiq Qurbanov borcluların nə qədər hissəsinin vergidən yayınma, nə qədərinin digər məsələlərlə bağlı olduğunu açıqlamır.

Müxalif ReAl-ın icra katibi Natiq Cəfərli deyir ki, borcu belə yolla istəmək sərt yanaşmadır:

“Ölkədən çıxışa qadağa qoymaq, borcların geri qaytarılması problemini həll etmir. Birinci növbədə analiz aparılmalıdır ki, bu borcların geri qaytarılmamasının səbəbi nədən ibarətdir. İnsanlar bilərəkdənmi borc qaytarmır, yoxsa bu, sosial problemlərdən, imkansızlıqdanmı doğur. Qərar qəbul etməzdən əvvəl analiz aparılmalıdır”.

Buna da bax: Vahid Əhmədov: 'MDB-də ən böyük kredit faizləri Azərbaycandadır'

Ədliyyə Nazirliyinin rəsmisi Faiq Qurbanov isə bildirir ki, ölkədən çıxışa qadağa səmərə verən metoddur, əgər ictimaiyyətin başqa təklifləri varsa, müzakirə edə bilərlər.

Son üç ildə, manat ucuzlaşandan sonra sahibkarların da durumu çətinləşib, Mərkəzi Bankın məlumatına görə, banklara ödənilə bilməyən kredit borclarının həcmi isə rekord həddə 2 milyard manata çatıb.

Bakıda sahibkar Nazim Bəydəmirli deyir ki, ona da 2016-cı ildə vergi borcuna görə səyahət qadağası qoyulmuşdu:

Buna da bax: Problemli kreditlər 2 milyarda çatır

"Onlar hətta mənə xəbərdarlıq etmədən belə, məhkəməyə verib, qərar çıxartmışdılar. Düzdür, biz Apelyasiya şikayəti verdik və qərarı ləğv etdirdik - çünki səhv hesablanmışdı. Bəzən belə olur ki, mexaniki olaraq, hamıya kameral yoxlamalar nəticəsində aktlar yazılır və sahibkara bu aktları mübahisələndirmək haqqı tanınmır".

Hüquqşünaslar arasında isə belə fikirlər var ki, ölkədən çıxışa qadağa qoymaq ölkə Konstitusiyasına ziddir.

Hüquqşünas Əkrəm Həsənov deyir ki, Mülki Prosessual Məcəlləyə görə, vergi borcuna görə, vətəndaşın hərəkəti müvəqqəti məhdudlaşdırıla bilər.

Əkrəm Həsənov, bank məsələləri eksperti
Əkrəm Həsənov, bank məsələləri eksperti

Bunun üçün məhkəmə yerli vergi idarəsinin iddiası üzrə 10 gün ərzində qərar verməlidir, qərar isə dərhal qüvvəyə minir, hətta vətəndaş həmin qərardan apelyasiya şikayəti versə də, vətəndaş ölkədən çıxa bilmir.

Amma əslində vətəndaşın bir başqasına, yaxud banka borcu varsa, bu barədə bir neçə məhkəmə prosesi olmalı, vətəndaşın borcunu üzrsüz səbəbdən ödəməsi sübut olunmalıdır, yalnız bu halda, ölkədən çıxışına qadağa qoyula bilər:

Buna da bax: Deputat: 'İslahatlar başlayandan vaxtı keçmiş kreditlər azalmaq əvəzinə, artıb'

"Konstitusiyaya görə, mülkiyyətin üç növü var- dövlət, bələdiyyə və xüsusi mülkiyyət və mülkiyyət növlərinin heç birinə məhdudiyyət qoyulmur.

Amma biz görürük ki, burda qeyri-müəyyənlik var - deməli, mənim əgər dövlət mülkiyyəti ilə bağlı borcum varsa, məhkəmə, dərhal, sübutsuz filansız mənim ölkədən çıxışıma məhdudiyyət qoyur. Amma mənim vətəndaşa borcum varsa, bu halda, bunun üzrsüz səbəbdən ödənilmədiyi müəyyən olunmalı, yalnız bundan sonra məhdudiyyət qoyula bilər".

Əkrəm Həsənov hesab edir ki, Mülki Prosessual Məcəllə bu məsələyə görə, Konstitusiya ilə ziddiyyət təşkil edir.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, vətəndaşlar necə bir vergi ödəyicisidirlər?:

Vətəndaşın vergi ödəməyə həvəsi varmı?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Sahibkar Nazim Bəydəmirli deyir ki, ölkədə rəqabətli mühit yoxdur - vergidən yayınan, kölgə iqtisadiyyatının həcmi 80 faizə yaxındır, onun sözlərinə görə, arxasında məmur durduğu müddət ərzində sahibkarlar qorunur, onlar vergidən yayınsa belə, dövlət bir çox hallarda onlara dəymir - beləcə, vergidən yayınan böyük balıqlar çox zaman dünyanı gəzə bilir, arxasız sahibkarlar isə belə qadağalarla üzləşə bilir.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

Nazim Bəydəmirli deyir ki, vergi borcu barədə səyahət qadağaları yalnız ədalətli aparılacağı halda, faydalı olardı.

Ədliyyə Nazirliyinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi isə bugünlərdə açıqlama yayıb ki, ölkədə korrupsiya ilə mübarizə yetəri səviyyədə aparılır.

Buna da bax:​ İlham Əliyev: 'Bizim heç bir maliyyə problemimiz yoxdur'

Ədliyyə Nazirliyi bildirir ki, təkcə keçən il 562 milyon manat vergi borcu ödətdirilib. Bütün məhkəmə işlərinin isə 60 faizi təmin olunub.

Vergilər Nazirliyi ilə əlaqə saxlamaq cəhdlərimiz isə gün ərzində alınmadı, zənglərimizə cavab vermədi.

Neft ucuzlaşmağa başlayandan sonra, bəzi cərimələr də artıb, indiyə qədər dövlət büdcəsindən maliyyələşən bəzi müəssisələr isə publik hüquqi şəxsə çevrilib. Bəzi müşahidəçilər bunu dövlət büdcəsinin yükünü azaltmaq, gəlirlərini artırmaq cəhdi kimi qiymətləndirirlər.

XS
SM
MD
LG