Keçid linkləri

2017, 24 Noyabr, Cümə, Bakı vaxtı 03:55

İlham Əliyev: 'Bizim heç bir maliyyə problemimiz yoxdur'


İlham Əliyev Gəncədə “Grand Qafqaz” Ticarət Kompleksinin açılışında iştirak edib.

“Biz bu ili də yaxşı göstəricilərlə başa vuracağıq. Gələn il daha da uğurlu olacaq”.

Prezident İlham Əliyev bu gün, noyabrın 10-u Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışındakı çıxışında belə deyib. Dövlət başçısının Gəncə səfərini rəsmi KİV-lər geniş işıqlandırıb.

“Bizim heç bir maliyyə problemimiz yoxdur. Əgər olsaydı biz sosial layihələrə bu qədər vəsait yönəldə bilməzdik”, – deyən ölkə başçısı vurğulayıb ki, Azərbaycanda səhiyyə, təhsil, mədəniyyət, sənaye, infrastruktur inkişaf edir, bütün sahələrdə irəliləyiş var.

Buna da bax: Prezident Gəncədə obyektlərin açılışında iştirak edib

“İnkişaf buna gətirib çıxarıb ki, daxili tələbat təmin edilir, iş yerləri yaradılır, qeyri-neft sektoru inkişaf edir. Biz artıq qonşu ölkələrə də öz məhsulumuzla, texnologiyalarımızla çıxırıq. Sənaye istehsalı, iş yerlərinin, insanlar üçün şəraitin yaradılması, humanitar sahədəki fəaliyyətimiz – bütün bunlar hərtərəfli inkişaf deməkdir. Bu gün Azərbaycan cəmiyyəti bu inkişafdan bəhrələnir. Bu gün ölkəmizdə sabitlik, inkişaf təmin olunur. Biz bir çox önəmli layihələrə imza atdıq. Təkcə bu ilin hadisələrini sadalamaq kifayətdir ki, bizim energetika, nəqliyyat, dəmir yolu, idman sahələrində nə qədər uğurlarımız var”.

“Gəncə nəinki Azərbaycanın, regionun mərkəzlərindən biridir”

Buna da bax:​ HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır

İ.Əliyev deyib ki, bütün uğurların təməlində Azərbaycan xalqının zəhməti dayanır.

“Bu gün hər bir yerdə inkişaf göz qabağındadır. Həm Bakıda, həm Gəncədə, həm də bütün bölgələrdə. Bütün şəhərlərdə vətəndaşlar çox böyük həvəslə quruculuq işlərində iştirak edirlər. Ölkəmizin çox böyük potensialı var - ilk növbədə, insan kapitalı. Biz vəsaiti əsasən insan kapitalına yönəltmişik. Əlbəttə ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk. Ona görə, bu gün dünya xəritəsinə baxanda, - əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm, - istər-istəməz görürük ki, doğrudan da ölkəmiz uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir”.


Buna da bax:​ Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq

Ölkə başçısı Gəncə şəhərinin sosial-iqtisadi durumuna toxunub. Deyib ki, Gəncə nəinki Azərbaycanın, regionun mərkəzlərindən biridir.

“Qazlaşdırma 100 faiz səviyyəsindədir, elektrik enerjisi tam təmin edilir, içməli su layihəsi icra olunur. 2019-cu ildə Gəncədə içməli su problemi də tamamilə aradan qaldırılacaq və sakinlər 24 saat təmiz içməli su ilə təmin olunacaqlar”, – deyən prezident Gəncədə yol infrastrukturunun təkmilləşdirilməsindən danışıb. O deyib ki, Bakı-Gəncə sürət qatarının işə salınması ilə bağlı məsələlərin araşdırılmasından ötrü göstəriş verib.

Xatırlatma

Prezident İlham Əliyev bu gün, noyabrın 10-u Gəncə şəhərinə səfər edib.

Ölkə başçısı səfərə zamanı Gəncə Dövlət Filarmoniyasının yeni binasının, Əziz Əliyev adına mədəniyyət və istirahət parkının, Mirzə Şəfi Vazeh muzeyinin, “Grand Qafqaz” Ticarət Kompleksinin açılışına qatılıb.

Prezident bundan başqa Azərbaycan Dövlət Aqrar Universitetinin 514 yerlik yataqxana kompleksinin, “Yeni Gəncə” yarımstansiyasının açılış mərasimində də iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG