Keçid linkləri

Təcili xəbərlər
2018, 25 May, Cümə, Bakı vaxtı 11:17

Ədliyyə ötən il 14 min borcluya ‘stop’ qoyub


Arxiv fotosu

Son illər məhkəmələrdə baxılan işlərin sayı çoxalıb. Bu isə məhkəmə qərarlarının icra xidmətində iş həcminin əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

Bu barədə Ədliyyə Nazirliyində icra xidmətinin bütün qurumlarının iştirakı ilə keçirilən müşavirədə məlumat verilib.

Məhkəmə icraçılarının işi artıb, ancaq…

İcra xidmətində iş həcmi artsa da nazirliyin İcra baş idarəsinin rəisi Nurəddin Mustafayevin deməsinə görə, ötən il bu məsələ ilə bağlı şikayət edən vətəndaşların sayı 30 faizədək azalıb.

N.Mustafayev bildirib ki, 2017-ci ildə icrası təmin edilən işlərin sayı 60 faizə çataraq 415 mini ötüb. Fiziki, hüquqi şəxslərə 562 milyon manatdan çox vəsait ödətdirilib.

Buna da bax: ‘Azərbaycan sərhəddinə yaxınlaşanda hansısa generala zəng etdilər...’

“İcra sənədlərinin icrasından qərəzli boyun qaçıran, icra məmurlarının qanuni tələblərini yerinə yetirməyən 4245 nəfər inzibati məsuliyyətə cəlb edilib. O cümlədən 2878 şəxsi məhkəmələr inzibati qaydada həbs edib, 391 şəxs barəsində cinayət işi başlanılıb”, - idarə rəisi bildirib.

Onun sözlərinə görə, ötən il 14 mindən artıq borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb. 3 min 410 nəfərinsə məhdudiyyəti məhkəmə qərarını icra etdiklərinə görə, götürülüb.

Buna da bax: Azərbaycan pasportu neçəncidir

31 məhkəmə icraçısı cəzalandırılıb

İdarə rəisi həmçinin, “Elektron icra” sisteminin yaradılmasından, icra qurumlarının istifadəsinə verilməsindən danışıb.

2017-ci ildə icra xidmətindəki nöqsan və çatışmazlıqlara gəlincə, idarə rəisi bildirib ki, fəaliyyətində yol verdikləri ciddi qanun pozuntularına görə xidmətin 31 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub. Onlardan 5 nəfərin ədliyyə orqanlarında qulluğuna xitam verilib, 10 nəfər isə tutduğu vəzifədən azad edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG