Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 14:14

Azərbaycan pasportu neçəncidir


Azərbaycan pasportu

Azərbaycan pasportu dünyada səyahət azadlığına görə 72-ci yerdədir. Azərbaycanlılar 63 ölkəyə vizasız gedib gələ bilirlər.

Henley Pasport İndeksi bütün dünyadakı pasportların reytinqini həmin pasport sahiblərinin vizasız gedib gəldiyi ölkələrin sayına əsasən hazırlayır. Bu reytinq Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) informasiyası əsasında tərtib olunur.

*** Buna da bax: Azərbaycan pasportu dünyada neçənci yerdədir

Henley & Partners – Kochenov Vətəndaşlığın Dəyəri İndeksi ilə birlikdə pasport indeksi qlobal miqyasda istinad olunan standart sayılır.

Azərbaycan 2016-cı ildə vətəndaşlığın dəyərinə görə 75-ci yerdəydi.

*** Buna da bax: Vətəndaşlıq dəyəri - Azərbaycan 75-cidir

Reytinqdə birinci yeri Almaniya tutub, almaniyalılar 177 ölkəyə vizasız səyahət edə bilirlər. İkinci yerdə Sinqapurdur (176), Danimarka 3-cü (175) yeri tutub. Çexiya respublikasının pasport sahibləri 170 ölkəyə vizasız səyahət edə bilirlər.

Azərbaycanın qonşularından Rusiya 48 (110 ölkə), Türkiyə 50 (107), Gürcüstan 53 (99), Ermənistan 76-cı (59) yerdədir.

104-cü yerdə qərarlaşmış Əfqanıstan sakinləri yalnız 24 ölkəyə vizasız səyahət edə bilirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG