Keçid linkləri

Təcili xəbərlər
2021, 16 İyun, çərşənbə, Bakı vaxtı 06:56

Vətəndaşlıq dəyəri - Azərbaycan 75-cidir


-

Azərbaycan ötən il vətəndaşlığın dəyərliliyi reytinqində 75-ci yeri tutub.

Henley & Partners təşkilatının hesabatına görə, Azərbaycan MDB-də Qırğızıstan (79-cü), Ermənistan (80), Tacikistan (84), Özbəkistan (85) və Türkmənistandan (88) öndədir.

Azərbaycan vətəndaş dəyərinə görə, Qazaxıstan, Gürcüstan, Belarus (71-cidirlər), Ukrayna (58), Moldova (52) və Rusiyadan (48) geridədir.

Hesabat müəlliflərinin fikrincə, son 4 ildə Henley & Partners Visa Restrictions Index reytinqində Azərbaycanın mövqeyi pisləşir (mənfi 0,1 faiz) və indeksi 27,1 faizdir.

Sözü gedən göztəriciyə görə, Almaniya, İsveç, Finlandiya, Fransa və İtaliya liderdir.

Əfqanıstan isə bu kateqoriyada autsayderdir.

Ekspertlər 2011-2015-ci illərdə 182 müxtəlif göstəricini əsas götürüb.

XS
SM
MD
LG