Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Fevral, Cümə, Bakı vaxtı 15:35

Koronavirustan ölənlərin sayı 1500-ü keçib-yenilənib


Çin, tibb işçisi, arxiv foto

Koronavirus aşkarlanan 80 yaçlı çinli turist Fransada vəfat edib. Bu barədə ölkənin səhiyyə nazirliyinə istinadla "France-Presse" agentliyi məlumat verir. Bu Asiyadan kənar koronavirusdan olan ilk ölüm halıdır. Bu hadisəyə qədər Çindən kənarda Flippin, Yaponiya və Honkonqda ölüm halı qeydə alınıb.

***

Fevralın 15-ə olan məlumata görə, Çində koronavirusdan ölənlərin sayı 1523-ə, yoluxanların sayı 66 min 492 nəfərə çatıb. Çinin "South China Morning Post" qəzetinin yaydığı məlumata görə, virusa yoluxanların 11 min nəfərdən çoxunun vəziyyəti ağırdır.

Koronavirus ötən il dekabrın sonunda Çinin Vuhan əyalətində aşkar olunub.

Kəskin respirator sindrom sayılan SARS-dan Çində 774 nəfər ölmüşdü.

Dünyada SARS 800 nəfərin ölümünə səbəb olmuş, 8 min nəfərə yoluxmuşdu. Yeni koronavirus da eyni viruslar ailəsinə məxsusdur.

Miçiqan Universitetində İctimai Səhiyyə Məktəbinin epidemiologiya üzrə professor Joseph Eisenberg “Reuters”ə deyib ki, epidemiyanın zəiflədiyini söyləməyə tezdir, çünki məlumat vermə prosedurlarında qeyri-müəyyənlik var.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG