Çin hökuməti: 'Epidemiyanın pik səviyyəsini ötüşdürdük'
Çin elan edib ki, virusla bağlı pik nöqtəni ötüşdürüblər və ilk dəfədir ki, Hubeydə yeni hallar artıq təkrəqəmlidir. Halbuki, dünya üzrə virus hallarının üçdə ikisi Çinin mərkəzi Hubey vilayətində qeydə alınmışdı. Amma son aylar yoluxma hallarının əksəriyyəti Çindən kənarda baş verir.
Şadlıq evlərinə, restoranlara toy qadağası qoyulsun, ya yox?
Nazirlər Kabineti yanında operativ qərargah koronavirus təhlükəsi ucbatından toy, şənlik və digər kütləvi məclislərin ertələnməsini tövsiyə edib. AzadlıqRadiosu bir neçə şadlıq sarayı və restoranla əlaqə saxlayaraq müştərilərin bu tövsiyəni nəzərə alıb-almaması ilə maraqlanıb.
Onların hamısı təxminən eyni cavabı verib: «Operativ qərargah tövsiyə verdiyinə görə, toyu və ya başqa sifarişləri ertələməyə heç kim tələsmir». Üstəlik, hamılıqca bildirirlər ki, infeksiyanın yayılmaması üçün dezinfeksiya və təmizlik işləri aparırlar...
İtaliyadan qayıdan Azərbaycan vətəndaşları karantinə alınıb
Prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar: "Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb".