Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:16

Çin hökuməti:"Epidemiyanın pik səviyyəsini ötüşdürdük"


"Koronavirus pandemiyası iyuna qədər qurtara bilər, amma bununçün dövlətlər mobilizə olmaqda davam etməlidirlər". Bunu Çin hökumətinin baş tibbi məsləhətçisi Zhong Nanshan deyib.

O bildirib ki sağalmış xəstələr arasında yenidən yoluxma halı azdır.

83 yaşlı Zhong 2003-cü ildə SARS virusu ilə mübarizədə fəaliyyətinə görə tanınır.

Çin elan edib ki, virusla bağlı pik nöqtəni ötüşdürüblər və ilk dəfədir ki, Hubeydə yeni hallar artıq təkrəqəmlidir. Halbuki, dünya üzrə virus hallarının üçdə ikisi Çinin mərkəzi Hubey vilayətində qeydə alınmışdı. Amma son aylar yoluxma hallarının əksəriyyəti Çindən kənarda baş verir.

Çin hökuməti deyir ki, azalmanı görülən ciddi tədbirlərə borcludurlar, belə ki, Hubey tamamilə bağlanmışdı, virusun başqa şəhərlərə keçməsnin qarşısı alınmışdı.

Çin hökuməti başqa dövlətlərə də tövsiyə edir ki, eyni tədbirləri görsünlər.

"Ümumi desək, Çində epidemiya ötüşüb". Çinin Milli Sağlıq Komissiyasının sözçüsü Mi Feng belə deyib.


Ümumlikdə Çində 80,793 yoluxma halı qeydə alınıb. Çərşənbə axşamına olan məlumata görə, 62,793 nəfər sağalıb və evə buraxılıb. Bu da bütün xəstələrin 80 faizi deməkdir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG