Keçid linkləri

2025, 10 Fevral, Bazar ertəsi, Bakı vaxtı 16:36

İtaliyadan qayıdan Azərbaycan vətəndaşları karantinə alınıb


Virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlinir
Virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlinir

«İtaliyada təhsil alan və ölkəyə dönən Azərbaycanlı tələbələrin müayinəsinin həyata keçirilməsinin təşkilinə Təcili Tibbi Yardım Xidmətinin ambulansları cəlb edilib».

Bu barədə bu gün, martın 12-də Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat yayılıb.

Qurum bildirib ki, prosedur qaydalarına uyğun olaraq, tələbələr hava limanından götürülərək karantin xəstəxanasına yerləşdirilib və müşahidə altına alınıblar: «Onların heç birində xəstəlik əlamətləri aşkarlanmayıb. Karantinə yerləşdirilən şəxslərin müayinəsi davam etdirilir».

Məlumatda onların sayı göstərilmir. Amma bəzi yerli saytların məlumatına görə, onların sayı 20-dən çoxdur.

İtaliyada 16 milyon insan karantində
Gözlə

No media source currently available

0:00 0:01:24 0:00

Görüş və sovqat verilməsinə məhdudiyyət

Daxili İşlər Nazirliyinin (DİN) tabeliyində olan müvəqqəti saxlanma yerlərində tutulan şəxslərlə görüşlərə, onlara sovqatların verilməsinə məhdudiyyət qoyulub.

Bu barədə DİN-in mətbuat xidmətindən bildiriblər.

Qurumdan qeyd edildiyinə görə, koronavirusa yoluxma təhlükəsinin qarşısının alınması məqsədilə DİN-in müvəqqəti saxlanma yerlərində sanitar-epidemioloji, profilaktik və izahedici tədbirlər həyata keçirilir: «Bununla əlaqədar saxlanılan şəxslərə görüş verilməsi və sovqat qəbulu məhdudlaşdırılıb».

Nazirlikdən deyilib ki, saxlanan şəxslərin vəkilləri ilə görüşünə hər hansı məhdudiyyət tətbiq edilmir.

Amma qurumdan məhdudiyyətlə bağlı müddət açıqlanmayıb.

Keçmiş məhbus: "Həbsxanada koronavirusdan sağalmaq imkanı sıfırdır"
Gözlə

No media source currently available

0:00 0:02:44 0:00

Bundan əvvəl Azərbaycan Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilmişdi ki, koronavirus təhlükəsi ilə əlaqədar Bakı şəhərində və respublikanın müxtəlif regionlarında mart ayında keçirilməli olan ənənəvi Novruz şənlikləri ləğv edilib.

Həmçinin, Azərbaycan Peşəkar Futbol Liqası I Divizionun XIX, XX, Premyer Liqanın isə XXI, XXII turlarının oyunlarının azarkeşsiz keçiriləcəyi barədə qərar da verib.

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bəzi qonşu ölkələrdən bir qədər gec - yalnız fevralın 29-da iki həftəlik İranla dövlət sərhədlərinin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərar verdiyini açıqlayıb.

Azərbaycanda 15 şəxsin bu virusa yoluxduğu açıqlanıb. Onlardan 3-nün indiyə kimi sağaldığı deyilir. Əsasən İrandan qayıdan yüzlərcə şəxsin isə koronavirus şübhəsi ilə karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 4 min civarında şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.

XS
SM
MD
LG