Koronavirus kabusu həbsxanalarda da dolaşır?
Sosial şəbəkələr həbsxanalarda da bir neçə məhkumun koronavirus şübhəsiylə karantində saxlanması barədə məlumat yayıb. Özəlliklə 8 və 17 saylı cəzaçəkmə müəssisələrinin adı çəkilir. Bu müəssisələrdə toplam 5 nəfərin karantin altında saxlandığı iddia edilir.
Koronavirus təhlükəsi martın 6-dan bəri Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə məhkumlarla görüş və sovqat qəbuluna da təsir göstərib. İstər məhkumlarla görüş, istərsə sovqat qəbulu dayandırılıb.
İran koronavirusa görə on minlərlə məhbusu evlərinə buraxıb
İran hakimiyyət orqanları ölkədə koronavirusun yayılması ilə bağlı 70 minədək məhbusu həbsxanalardan buraxıb.
Bu barədə ölkə ədliyyəsinin rəhbəri İbrahim Rəisi məlumat verib.
O, martın 9-da deyib ki, cəmiyyətin təhlükəsizliyinə xələl gətirməmək şərtiylə bu proses davam etdiriləcək.
Məhkumlarla görüş dayandırıldı
Koronavirus təhlükəsi ilə əlaqədar məhkumlarla görüş və sovqat qəbulu dayandırılıb.