Daha 3 nəfər koronavirusa yoluxub
Buna qədər Azərbaycanda 3 nəfərin koronavirusa yoluxduğu, bu xəstəlikdən ölən olmadığı bəyan edilmişdi. Beləliklə, Azərbaycanda adıçəkilən infeksiyaya yoluxanların sayı 6 nəfər oldu.
Prezident: 'Buna heç cür izahat tapmaq mümkün deyil'
"Mənə verilən məlumata görə, son vaxtlar apteklərdə maskaların çatışmazlığı müşahidə olunur. Buna heç cür izahat tapmaq mümkün deyil".
AZƏRTAC-ın xəbərinə görə, bunu dövlət başçısı İlham Əliyev martın 3-də Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında bildirib.
Prezident vurğulayıb ki, kifayət qədər maska ehtiyatı var: "Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər...".