Yük maşınlarının İrana buraxıldığı bildirilir
İrana keçmək istəyən yüzlərlə yük maşını sərhəddə növbəyə durub. Onların, əsasən, Rusiya maşınları olduğu qeyd edilir. Rusiyaya məxsus yük maşınlarından birinin sürücüsü deyirdi ki, gecə gəlib: "Maşınları dezinfeksiya edirlər. Sürücüləri yoxlayırlar. İran da elə. Ona görə vaxt gedir. Belə lazımdır. Rusiyaya tərəvəz aparırıq".
Azərbaycanda koronavirus infeksiyasına yoluxmanın qarşısını almaq məqsədilə orta və ali məktəblər martın 3-dən 10-dək bağlanır. Bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qərargahın məlumatına görə, həmin müddətdə ölkədəki bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlər intensivləşdiriləcək.
Xamneyinin müşaviri də koronavirusdan öldü
Məsləhət Şurasının üzvü Məhəmməd Mirməhəmmədi Tehranda xəstəxanada virusdan vəfat edib. O, indiyədək İranda COVID-19 xəstəliyindən vəfat etmiş ən yüksək vəzifəli məmurdur.