Keçid linkləri

Təcili xəbərlər
2018, 18 İyul, çərşənbə, Bakı vaxtı 07:17

Misirdə koptlara silahlı hücum, azı 26 nəfər ölüb


Silahlı hücuma məruz qalan avtobus

Misirin cənubundakı Minya əyalətində avtobusa edilən hücum nəticəsində azı 26 nəfər ölüb, 25 yaralı var. Bu barədə yerli hakimiyyət məlumat yayıb.

Mayın 26-da bir qrup silahlı Müqəddəs Samuel monastrına gedən kopt xristianlarının olduğu avtobusu atəşə tutub.

Hadisəyə görə məsuliyyəti hələ ki üzərinə götürən olmayıb. Şahidlərin dediyinə görə, atəş açanlar hərbi geyimli 10-a yaxın adam olub, avtobusun üzərinə iki minik maşını ilə hücum çəkiblər.

Hadisə ilə bağlı ölkə rəhbərliyi Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb. Monastra gedən yol qapadılıb, hadisənin baş verdiyi rayonda araşdırma aparılır.

Koptlar Misirdə ən böyük xristian azlıqları sayılır. Onalrın sayı təxminən 9 milyondur, başqa sözlə ölkə əhalisinin 10 faizini təşkil edirlər. Koptlar tez-tez özünü “İslam Dövləti” adlandıran yaraqlıların hücumuna məruz qalırlar. Bu, son yarım ildə Misirdə koptlara qarşı edilmiş üçüncü hücumdur. 2016-cı ilin dekabrdakı hücumda 29 nəfər ölmüş, 47 nəfər yaralanmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG