Keçid linkləri

Təcili xəbərlər
2020, 31 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:33

Kiyevlə separatçılar arasında əsir mübadiləsi


Əsir mübadiləsi, 29 dekabr 2019

Son məlumatlara görə, dekabrın 29-da Ukraya hakimiyyəti ilə Rusiyapərəst separatçılar məhbus mübadiləsinə başlayıb. "Hamının hamıya" prinsipi ilə baş tutan mübadilədə separatçılar Kiyevə 55, Kiyevsə onlara 87 məhbus verməlidir. Mübadilə Donetski vilayətinin Qorlovka yoxlama-buraxılış məntəqəsində həyata keçirilir.

Maydan hərəkatçılarına atəş aşmaqda ittiham olunanların azad olunmasına etiraz

2014-cü il Maydan hərəkatçılarına atəş aşmaqda ittiham olunan keçmiş "Berkut" xüsusi təyinatlılarının həbsdən azad olunması Kiyevdə etirazlara səbəb olub.

Ukraya kütləvi informasiya vasitələrinin verdiyi məlumata görə, 200 nəfərə yaxın adam şənbə günündən üç "berkutçu"nun saxlandığı həbsxananın qarşısında etiraz aksiyasına başlayıb. Etirazçılar həbsxananın qapısı ağzında zibil qutuları və oturacaqlardan barikada qurmağa cəhd ediblər.

"Gromada Televiziyası"nın verdiyi məlumata görə, hadisə yerinə Ukrayna milli qvardiyasının əməkdaşları gəlib. "Ukrinform" aksiyanın bazar günü səhər tezdən davam etdiyini və etirazçılarının həbsxanaya girişi-çıxışı bağlamağa cəhd göstərdiklərini bildirir.

Dinc aksiyaçılara atəş açmaqda şübhəli bilinən 5 nəfər azad edilib

Azad olunan keçmiş "Berkut"çular Sergey Zinchenko və Pavlo Abroskin məhkəmədə, Kiyev, 3 avqust 2015
Azad olunan keçmiş "Berkut"çular Sergey Zinchenko və Pavlo Abroskin məhkəmədə, Kiyev, 3 avqust 2015

Sözü gedən həbsxanada üç keçmiş "Berkut" əməkdaşı- xüsusi təyinatlıların Kiyev batalyonunun keçmiş komandir müavini Oleq Yanişevski, Pavel Abroskin və Sergey Zinchenko saxlanılır. Daha iki nəfər - Sergey Tamtura və Alexander Marinchenko ev dustaqlığındadır.

Kiyev Apelyasiya Məhkəməsi şənbə günü axşam Ukrayna Daxili İşlər Nazirliyinin keçmiş xüsusi təyinatlı qüvvələrinin-"Berkut" un 5 əməkdaşı haqqında seçilmiş həbs qərarını dəyişib.

2014-cü ilin fevralında Maydan nümayişçilərini güllələməkdə ittiham olunan həmin 5 nəfərin adı məhbus mübadiləsi ilə bağlı əldə olunan razılığa görə, Ukraynanın şərqindəki rusiyapərəst separatçılara veriləcək məhbus siyahısına daxil edilib.

XS
SM
MD
LG