Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 18:08

Kitabı 'Google' tərcümə etdi, qınağa səbəb oldu


Google Translate
Google Translate

Türkiyədə tanınmış tərcüməçi Osman Akınhay ədəbiyyatçılar arasında mübahisəyə səbəb olan addım atıb. O, Milan Kunderanın bioqrafiyasını özünün yaxşı bilmədiyi fransız dilindən türk dilinə çevirdiyini deyib.

Səkkiz aylıq iş

Eyni zamanda İstanbulda fəaliyyət göstərən "Agora Kitaplığı" nəşriyyatının həmtəsisçisi olan Osman Akınhay aprelin 27-də paylaşdığı bir tvitdə kitabın "Google Translate-in köməyi ilə cümlə-cümlə tərcüməsi üzərində səkkiz ay davam edən işdən sonra" çapa hazır olduğunu bildirib. O, fransız dilini çox yaxşı bilmədiyini də etiraf edib. Onun sözlərinə görə, tərcümə olunmuş mətn Halil Gökhan tərəfindən redaktə, Şükrü Argın tərəfindənsə korreksiya edilib.

Sosial mediada tənqid atəşinə tutulan Akınhay yenidən Twitter-də tərcümə prosesini izah etmək qərarına gəlib. Akınhay deyib ki, kitab üçün tərcüməçi tapmaqda çətinlik çəkdiyi günlərdə zarafatla onu Google Translate vasitəsilə tərcümə edəcəyini bildirib.

Sınaq, eksperimental cəhd

"Dediyim kimi, mən fransızca danışmıram. Yekun tarix yaxınlaşanda isə bu söhbət zarafatlıqdan çıxdı. "Niyə də yox" deyib Google Translate-ə diqqətlə baxmağa başladım. Google Translate ümumən mətnləri fransız dilindən türk dilinə tərcümə edərkən dəqiq nəticələr verməsə də, fransızcadan ingiliscəyə tərcümənin nəticələri kifayət qədər qənaətbəxş oldu", – Akınhay deyir.

"Bir fəslin Google tərcüməsi nümunəsinə bir neçə mütəxəssisdən həvəsləndirici şərhlər gəldi", –Akınhay əlavə edib.

Lüğətdən istifadə ilə oxumaq

Ədəbiyyatçı və tərcüməçi Nedim Gürsel isə ədəbi tərcümənin dili tam bilmədən həyata keçirilə bildiyini eşitdiyinə təəccübləndiyini deyib: "İstifadə etdiyin dildən fərqli dildə yazılmış ədəbi mətni tərcümə edirsənsə, tərcüməçinin bacarıqları prosesə cəlb olunmalıdır".

Tərcüməçi Barış Yıldırım isə "Google Translate-in köməyi ilə tərcümə" ilə "Google Translate tərcüməsi" arasında fərqi anlamağın vacibliyini vurğulayıb. "Bugünkü dünyada bunun lüğətdən istifadə ilə oxumaqdan heç bir fərqi yoxdur. Ola bilsin, biz bu zaman mətni fransız dilini ideal səviyyədə bilən, ancaq türk dili biliyi daha zəif olan tərcüməçinin işindən daha yaxşı anlayarıq", – o deyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG