İran İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Musəvi Xomeyninin ölümündən 25 il keçir. 14 illik mühacirətdən sonra 1979-cu il fevralın 1-də onun İrana qayıdışı ölkənin tarixində dönüş nöqtəsi oldu. Parisdən vətənə dönən Xomeynini qarşılamaq üçün milyonlarla İran vətəndaşı küçələrə çıxdı. Bundan iki həftə əvvəl İran şahı Məhəmməd Rza Pəhləvi ölkəni tərk etmişdi. Mart ayında isə Xomeyni artıq ölkənin ali dini lideri oldu. 1989-cu il iyunun 4-də isə Tehranda vəfat etdi.
Arxivdən: Xomeyninin ölümündən 25 il keçir
1
Ayətullah Ruhullah Xomeyni Parisi tərk etməzdən az əvvəl, 1 fevral 1979.
2
Xomeyni Fransa Hava Yollarının Boeing 747 təyyarəsində 120 jurnalistlə birlikdə xüsusi reyslə Tehrana enib.
3
Bəzi ehtimallara görə Xomeyninin Tehrana dönüşü günü onu qarşılamağa 5 milyon insan toplaşıb.
4
Xomeyni oğlu Ahmad-la birlikdə onu qarşılayan kütləni salmlayır. 1 fevral 1979