Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:57

Khamenei Telegram hesabını bağladı və onu rəsmilərə qadağan etdi


İran bütün hökumət qurumlarına xarici mesajlaşma aplikasiyalarından istifadəni qadağan edib.

Bundan əvvəl ölkənin ali rəhbəri ayətüllah Ali Khamenei-nin ofisi onun milli maraqlar zəminində özünün Telegram hesabını bağladığını xəbər vermişdi.

İranın xəbər agentlikləri 18 aprel qadağanın səbəbi barədə heç nə demirlər və qadağanın hökumət məmurlarına işdən kənar saatlarda şamil edilib-edilməyəcəyi naməlum qalır.

Bir neçə gün əvvəl İranın vəzifəli millət vəkillərindən biri ölkədə 40 milyon istifadəçisi olan Telegram-ın aprelin sonunadək qadağan olunacağını demişdi.

İranın hakimiyyət orqanları ötən yanvarda antihökumət etirazları ilə əlaqədar Telegram-ı müvəqqəti bloklamışdı.

Ali rəhbərin ofisi bildirib ki, ayətüllah bundan sonra xəbərləri və fikrilərini İranın üç daxili messenceri vasitəsilə paylaşacaq.

Khamenei həm də İranda bloklanmış Twitter və Facebook-un istifadəçisi idi.

Son həftələrdə hakimiyyət orqanları iranlılara Telegram-ın yerli alternativlərindən istifadəni tövsiyə edirdilər.

Ali rəhbərin özü də “yerli alternativlərə” etibarı artırmaq məqsədilə aprelin 9-da keçirilən hökumət müşavirəsində fətva vermişdi: “İnsanların şəxsi həyatına və təhlükəsizliyinə müdaxilə dini baxımdan qadağandır, islami qanunlara ziddir və buna yol verilməməlidir”.

Khamenei-nin bu bəyanatı rəsmilər və dövlət mediası tərəfindən “tarixi fətva” kimi təriflənir.

Ali rəhbərin sözünə qüvvət verən kommunikasiya naziri Mohammad Javad Azari Jahromi ötən həftə deyib ki, heç kimin mesajları oxunmur.

Lakin AzadlıqRadiosunun müxbirləri bildirirlər ki, rəsmilərin zəmanəti İran istifadəçilərin narahatlığına son qoya bilmir. Siyasi fəallar təhlükəsizlik xidmətlərinə çağırılarkən onlara internet fəaliyyətinə aid suallar verildiyini deyirlər.

İnternet istifadəçilərindən biri isə ali rəhbərin bəyanatına reaksiya olaraq Tvitter-də doqquz təhlükəsizlik kamerasından ibarət video yerləşdirib.

Maraqlıdır ki, İranın bu qərarı Rusiya ötən həftə Telegram-ı bağlayandan sonra qəbul olunub.

Rusiya Telegram-ın təsisçisi və rəhbəri Pavel Durovdan mesajlaşma platformasının şifrə açarlarını FTX-yə verməyi tələb edirdi. Durov bu tələbi qətiyyətlə rədd etmişdi.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG