Aprelin 24-də Qazaxıstanın prezidenti Nursultan Nazarbayevin hakimiyyətə gəlişinin 24 ili tamam olur. 1990-cı il aprelin 24-də Qazaxıstan SSRİ-də prezident vəzifəsi təsis ediləndən bu yana bu kürsünün yeganə sahibi odur. AzadlıqRadiosunun qazax xidməti Nazarbayevin siyasi karyerasının müxtəlif illərində çəkilmiş fotolarını təqdim edir.
24 ilin prezidenti - Nursultan Nazarbayev
1
Azərbaycanlı kinorejissor Rüstəm İbrahimbəyovun (şəkildəsağda) ssenarisi ilə "Köçəri" filminin çəkilişində Nazarbayev şah taxtında əyləşib.
2
Moskva, 1981, Nursultan Nazarbayev Qazaxıstan nümayəndə heyətinin tərkibində Moskvada mətbuat konfransında.
3
Qazaxıstan Kommunist Partiyasının Birinci Katibi və Qazaxıstan SSR-nin prezidenti Nursultan Nazarbayev SSRİ prezidenti Mikhail Gorbachev-lə Moskvada görüşərkən. 25 sentyabr 1990
4
1 dekabr 1991. Qazaxıstan tarixində ilk dəfə ümumxalq səsverməsi ilə prezident seçkisində alternativsiz namizəd kimi iştirak edən Nursultan Nazarbayev.