Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 20:38

Kataloniya parlamenti müstəqilliyini elan elədi [yenilənib] [video]


Kataloniya müstəqilliyini bəyan elədi
Gözlə

No media source currently available

0:00 0:01:06 0:00

Kataloniya müstəqilliyini bəyan etdi [video]

Kataloniyadakı səsvermədən dərhal sonra İspaniya Senatı Madriddəki mərkəzi hökumətə bu muxtar region üzərində birbaşa idarəçiliyi ələ almaq səlahiyyəti verib.

Oktyabrın 27-də İspaniya Senatı 214-47 səs çoxluğuyla Madridə region üzərində birbaşa nəzarət, Carles Puigdemont-u regionun prezidenti postundan, onun digər səlahiyyətli şəxslərini də vəzifədən uzaqlaşdırmaq səlahiyyəti verib.

Baş nazir Mariano Rajoy yerli vaxtla axşam 6-da hökumətin təcili iclasını çağırıb.

Buna da bax:​ Kataloniyada müstəqillik tərəfdarları banklardan pulları çıxarmağa çağırıblar

* * *

İspaniya Senatı Kataloniya üzərində birbaşa idarəçiliyi təsdiqləyib. Bu barədə BBC və "Frans Press" agentliyi məlumat yayıb.

* * *

Kataloniyanın regional parlamenti oktyabrın 27-də əyalətin İspaniyadan ayrılaraq müstəqilliyini elan edib.

135 yerlik parlamentdə 70 nəfər müstəqilliyin lehinə, 10 nəfərsə əleyhinə səs verib.

“Sossialist”, “Xalq” və” Həmrəylik” partiyasından olan deputatlar buna etiraz olaraq səsvermədən qabaq iclas zalı tərk ediblər.

Buna da bax:​ Kataloniya şirkətlərini boykot edirlər

Parlamentin qərarında müstəqillik prosesinin başlanmasına çağırılır, Kataloniya üçün əsas qanunların hazırlanması, İspaniya hökumətiylə əməkdaşlıq qurmaqdan ötrü “bərabər əsasda” danışıqların aparılması nəzərdə tutulur.

İspaniya mərkəzin hökuməti isə bu regiona nəzarəti almaqdan ötrü addımlar hazırlayır.

Buna da bax: İspaniya Kataloniyada hakimiyyəti necə ələ keçirəcək

Ölkənin baş naziri Mariano Rajoy sakitliyə çağırıb və deyib ki, Kataloniyada hüququn aliliyi bərpa olunacaq.

Hələlik, Kataloniyanın ayrılmasına heç bir ölkə dəstək bildirməyib.

Kataloniya oktyabrın 1-də müstəqilliklə bağlı referendum keçirib və 90 faizdən çox seçici müstəqilliyə "hə" deyib.

İspaniya hakimiyyəti referendumun qanunsuz olduğunu deyir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG