Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Oktyabr, şənbə, Bakı vaxtı 15:06

Kataloniyada müstəqillik tərəfdarları banklardan pulları çıxarmağa çağırıblar


Kataloniya vilayəti

Kataloniyadakı müstəqil vətəndaş təşkilatları oktyabrın 20-də tərəfdarlarını Kataloniyadakı 5 əsas bankdan nəğd pul çıxarmağa çağırıblar.

Reutersin mlumatına görə, onlar bununla“La Kaisa” və “Sabadell” bankın öz əsas qərərgahlarını Kataloniyadan çıxarmaq qərarına etiraz edirlər.

Aksiyada məqsəd həm də “Kataloniya Milli Konqresi” və “Omnium” təşkilatlatlarının liderlərinin həbsinə etiraz bildirirlər.

Aksiyaya qoşulanlardan biri Mark Torranonun dedikləri”“Biz müstəqillik tərəfdarlarının keçirdikləri dinc aksiyaları dəstəkləyirik və sadəcə hazırda İspaniyada saxlanan siyasi məhbuslar Cordi Sances və Cordu Kuisat-ın (Jordi Sanchez və Jordi Cuixart) həbsinə etiraz edirik. Onlar bu təşkilatların liderləridirkər. Həmçinin ona görə etiraz edirik ki, İspaniya hökuməti bizi eşitsin və dialoqa imkan yaratsın”.

Aksiyaya çağırış sosial şəbəkələrlə edilib. Təşkilatlar bu pulları Kataloniya iqtisadiyyatına dəstək üçün xərcləməyə çağırıblar.

Aksiyada nə qıədər adamın iştirak etdiyi bəlli deyil.

Qeyd edək ki, müxtariyyət ideyasından əl çəkmək üçün İspaniya hökumətinin Kataloniya rəhbərliyinə verdiyi vaxt oktyabrın 19-da sona yetdi və Kataloniya tələbə məhəl qoymadı.

Kataloniya rəhbərliyi xəbərdarlıq edib ki, əgər Madrid Barselona ilə dialoqa ketməsə regional parlament müstəqillik bəyannaməsi qəbul edə bilər.

Kataloniya oktyabrın 1-də müstəqilliklə bağlı referendum keçirib və 90 faizdən çox seçici müstəqilliyə hə deyib.

İspaniya hakimiyyəti referendumun qanunsuz olduğunu deyir.

Günün bütün mövzuları

XS
SM
MD
LG