Keçid linkləri

2024, 04 Oktyabr, Cümə, Bakı vaxtı 15:14

İspaniya Kataloniyada hakimiyyəti necə ələ keçirəcək


Barselonada etiraz aksiyası, 12 oktyabr, 2017-ci il
Barselonada etiraz aksiyası, 12 oktyabr, 2017-ci il

-

Bu gün – oktyabrın 27-də İspaniya senatı mərkəzi hakimiyyətə Kataloniyaya nəzarəti birbaşa ələ almağa imkan verəcək addımları təsdiqləməlidir. Kataloniya liderləri müstəqillik referendumunun nəticələrini gerçəkləşdirməyə, mərkəzi hakimiyyətsə bunu əngəlləməyə çalışır.

“Frans Pres” agentliyi bu gün senatın baxacağı təklifləri incələyir.

HÖKUMƏT VƏ POLİS

İspaniya hökuməti konstitusiyanın indiyədək istifadə olunmamış 155-ci maddəsinin tətbiqini istəyir. Üsyançı regionlarda hakimiyyətlə bağlı bu maddə Kataloniyanın regional hökumətini buraxmağa imkan verir. Buraya prezident Carles Puigdemont, vitse-prezident Oriol Junqueras da daxildir.

Onları mərkəzi hökumətin namizədləri əvəzləyə bilər. Baş nazir Mariano Rajoy deyir ki, bu “qeyri-adi durum” qaldıqca, ölkə nazirləri duruma nəzarət edəcəklər.

Bundan sonra Rajoy-a “Senatın dəstəyilə maksimum altı ay çərçivəsində” regional parlament seçkisi keçirmək səlahiyyəti verilə bilər.

*** Buna da bax: Kataloniyada müstəqillik tərəfdarları banklardan pulları çıxarmağa çağırıblar

Təklif olunan tədbirlər içində Kataloniya regional polisinin, Mossos d'Esquadra-nın Madridin nəzarətinə keçməsi də var. Bundan sonra region polisinə əmrləri regional daxili işlər nazirliyinə nəzarət edəcək şəxs verə bilər.

Hökumətin planlarının əhatələndiyi sənəddə deyilir ki, gərəkərsə, Kataloniya polisi “dövlət təhlükəsizlik qüvvələri ilə əvəzlənə bilər”.

MALİYYƏ, MEDİA VƏ PARLAMENT

Maliyyə sektoruna gəlincə, Madrid sentyabrda Kataloniyada böyük ərazilərə büdcə xərcləmələrinə nəzarəti ələ alıb. Məqsəd referendumu əngəlləmək idi, alınmadı. İndisə mərkəzi hökumət regionun büdcəsinə və vergi sisteminə tam nəzarət istəyir ki, separatçılıq fəaliyyətinə bircə avro da xərclənməsin.

*** Buna da bax: Kataloniya şirkətlərini boykot edirlər

Regional “telekommunikasiya və rəqəmsal xidmətlər” də mərkəzi hökumətə keçəcək, ictimai media rəhbərləri dəyişdiriləcək. İspaniya hökuməti “həqiqi, obyektiv və balanslı informasiyaya təminat vermək istəyir”. Yəni, Madrid TV3 kimi populyar regional mediada söz sahibi olacaq. Bu telekanal müstəqilliyin xeyrinə balansı pozmaqda suçlanır.

Madrid Kataloniya parlamentinə də nəzarəti götürmək istəyir. Burada 135 yerin 72-ni müstəqillik tərəfdarı olan deputatlar tutur. Ancaq hökumət parlamentin rəhbəri, qatı müstəqillik tərəfdarı Carme Forcadell-in əvəzlənməsi təklifini verməyib.

XS
SM
MD
LG