Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Avqust, bazar, Bakı vaxtı 15:48

Kabildə yenə partlayış törədilib, ölənlər var


Kbildə terror aktı, 2 iyun, 2019

İyunun 2-də Əfqanıstanın paytaxtı Kabildə 3 partlayış törədilib

Ölkə rəsmilərinin məlumatına görə nəticədə azı 2 nəfər ölüb, 24 nəfərsə xəsarət alıb.

Daxili işlər nazirliyi mətbuat xidmətinin rəhbəri Nasrat Rahimin sözlərinə görə, hədəflərdən biri məmurları Kabil Təhsil Universitetinə aparan avtobus olub. Bundan 20 dəqiqə sonra isə həmin rayonda, yolda daha iki partlayış baş verib.

Xəsarət alanlardan 5-i təhlükəsizlik xidmətinin əməkdaşlarıdır.

Əfqanıstan jurnalistlər mərkəzindən verilən məlumata görə, xəsarət alanlardan azı ikisi jurnalistdir.

Hücumlara görə cavabdehliyi “İslam Dövləti” qrupu üzərinə götürüb.

Bundan bir gün əvvəl Qəzni əyalətində törədilmiş hücumda isə azı 7 polis ölüb.

Həmin hücuma görə cavabdehliyi “Taliban” qrupu üzərinə götürüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG