Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 06:04

Pul qoymağa yer axtarırlar


►Hökumət şərtləri yumşaldacaqmı?

Banklar, sığorta şirkətləri və başqa maliyyə qurumları sərbəst vəsaitlərini yerləşdirmək üçün axtarışdadır.

Ekspertlər hesab edir ki, dövlət büdcəsinin kəsirini “yamamaq” üçün nəzərdə tutulan Maliyyə Nazirliyinin qısa və orta müddətli istiqrazları bu məqsədə çatmaq üçün ən optimal investisiya aləti olardı.

“Kapital Menecment İnvestisiya Şirkəti” ASC-nin direktoru Cəfər İbrahimov AzadlıqRadiosuna deyib ki, yerli investorların Maliyyə Nazirlyinin istiqrazlarına cari tələbi aşağı-yuxarı yarım milyard manatdır.

“Amma mövcud faiz dərəcələri ilə onları istiqraz əldə etməyə sövq etmək çətin olacaq. Hesab edirəm ki, istiqrazların gəlirlilik faizlərinə yenidən baxmaq olar”.

Buna da bax: "Məlumatın prezidentə çatması blok olunur"

Analitik həm də bazarın dollar ifadəli istiqrazlara ehtiyacının olduğunu deyir. O hesab edir ki, yerli fond bazarında yerləşdiriləcək bu qiymətli kağızlar əcnəbi investorlar üçün də cazibəli olardı.

Bu cür istiqrazlar üçün faiz dərəcələrini ölkədən kənarda yerləşdirilmiş Azərbaycanın Avrobondlarına müəyyən olunmuş səviyyəyə yaxın etmək olar. Bu, ölkə iqtisadiyyatına xarici investorların güvəncini artıra, həm də ölkəyə valyuta axınına səbəb olardı.

Sonuncu dəfə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi maliyyə bazarından 80,3 milyon manat cəlb etməklə dövlət istiqrazları seqmentində 2014-cü ildə iştirak edib. Qısa müddətli (bir illik) istiqrazlar 2 faiz, iki illik istiqrazlar 3,75 faiz dərəcəsi ilə yerləşdirilib. Orta müddətli istiqrazlar isə alıcılarına 4,25 faiz illik gəlir gətirir.

Buna da bax: Əli Kərimlinin müşaviri: “Zərərçəkmiş mənəm”

Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatına görə, öncəki illərdə bazarda aşağıdakı həcmlərdə dövlət istiqrazları yerləşdirilib:

2013-cü il – 98 milyon manat;

2012-ci il – 141,7 milyon manat;

2011-ci il – 239 milyon manat.

2014-cü ildə Maliyyə Nazirliyi həm də ilk dəfə olaraq İrlandiya Fond Birjasında Avrobondlar yerləşdirdi. Yerləşdirmənin həcmi 1 milyard 250 milyon ABŞ dolları təşkil etdi. 10 il müddətinə buraxılan kupon faizli (illik 4.75 faiz) edən istiqrazlar ölkədən kənardakı investorlara satıldı.

Hazırda isə dövlət Avrobandları maliyyə bazarlarında 5,75 faizə yaxin gəlirliliklə gündəlik alınıb satıla bilir. Bu istiqrazları Azərbaycan vətəndaşları və şirkətləri də xarici fond bazarlarına cıxışı olan yerli investisiya şirkətləri vasitəsi ilə ala bilərlər.

2016-cı ildə dövlət büdcəsi kəsirinin yuxarı həddi təqribən 1,7 milyard manat məbləğində təsdiq edilib. Daxili borclanma limiti isə 2,5 milyard manat həddində müəyyən olunub. Dövlət büdcəsinin təsdiq edilməsinə dair fərmanla Maliyyə Nazirliyinə tapşırılıb ki, "bazar konyukturasından asılı olaraq milli və xarici valyutada borclanmaya gedilməsi, o cümlədən dövlət istiqrazlarının buraxılışının həyata keçirilməsi üçün tədbirlər görsün”.

XS
SM
MD
LG