Keçid linkləri

2024, 24 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 01:43

Ekspertlər bank sektorunda böhranın dərinləşəcəyini deyir


Avro
Avro

-

Bank sektorundakı ixtisarlar, şöbə və filiallarının qapanması böhrandan soraq verir. Bank müştərilərinin sayı ilin əvvəlinə nisbətən 582 min 452 nəfər çoxalsa da (noyabrın 1-dək olan məlumat), onlara xidmət edənlərin sayı azalıb. İkinci yarımildə başlanan ixtisarlar min nəfərədək bank əməkdaşının işinə son qoyub.

Mərkəzi Bankın məlumatına görə, bankların 5 yerli filialı bağlanıb. Ən son «AGBank» öz filiallarını «optimallaşdırmağa» başlayıb. Həmin bank «İnşaatçılar» və «Azadlıq» filiallarını «Elmlər» və «Nəsimi» filialları ilə birləşdirəcəyini açıqlayıb.

İqtisadçı ekspert Qubad İbadoğlu indi banklarda 21 min 500 nəfərin çalışdığını deyir: «Gələn ildən işçi sayındakı azalmanın daha üstün templə davam edəcəyi gözlənir».

«HƏM ZƏRƏRLƏ İŞLƏYƏN BANKLARIN SAYI, HƏM DƏ ZƏRƏRİN MƏBLƏĞİ ARTIR»

Qubad İbadoğlunun sözlərinə görə, bank sektorundakı başlıca dərd kredit qoyuluşlarındakı azalmanın tendensiya xarakteri almasıdır: «Bu, iqtisadiyyatda yalnız işgüzar fəallığın azalması ilə deyil, həmçinin kredit faizlərinin hələ də yüksək olması ilə əlaqədardır. Bütün bu proseslərin nəticəsində bank fəaliyyətinin maliyyə nəticələri pisləşir, həm zərərlə işləyən bankların sayı, həm də zərərin məbləği artır».

Ekspert bildirir ki, mövcud meyllər gələn il bank sektorunda böhran doğura və iş yerlərinin daha çox ixtisarını şərtləndirə bilər: «Mərkəzi Bank növbəti ilin pul-kredit siyasətinin əsas istiqamətləri kimi bankları sağlamlaşdırma və onların kapitalının təmərküzləşdirilməsi siyasətini davam etdirməlidir».

«BANKLARIN ÇOXU MÜFLİS OLACAQ»

Bank məsələləri eksperti Əkrəm Həsənovun fikrincə, gələn il bankların çoxu müflis olacaq: «Bankların problemli kreditləri çoxalıb. Əmanətlər kütləvi çıxarılır».

Ekspert deyir ki, nəticədə bankların gəliri azalır: «Buna görə də ixtisarlar gedir. Amma çoxuna artıq bu da kömək etməyəcək».

XS
SM
MD
LG