Keçid linkləri

2024, 04 Dekabr, çərşənbə, Bakı vaxtı 21:54

Keçmiş diplomat: «Nazirlikdə- səfirlikdə korrupsiya faktları var»- [audio]


Azərbaycan diplomatı Anar Həsənov
Azərbaycan diplomatı Anar Həsənov

-

2015-ci ilin iyulunda Azərbaycanın Avstraliyadakı səfirliyində, öz dediyi kimi, korrupsiyadan Prezident Administrasiyasına, Ombudsman aparatına məlumat göndərən və bundan sonra Xarici İşlər Nazirliyinin diplomatik xidmətdən geri çağırdığı Anar Həsənov dekabrın 17-də müraciət yayıb. Müraciətdə deyilir ki, “qanunsuzluğa, dövlət vəsaitinin mənimsənilməsinə qarşı çıxdığna görə. XİN rəhbərliyi ona qarşı bu addımları atıb”, ancaq “ədalətsizlik edənlər qanun qarşısında cavab verməli olacaqlar”. “Bütün bunların prezidentə düzgün məruzə edilməsi zaman məsələsidir və kimlərin hansı rütbəyə layiq olması həmin vaxt bilinəcək”.

Bu müraciətlə bağlı Azadlıq Radiosunun suallarını cavablandıran Anar Həsənov deyir ki, "korrupsiya eləyənlər qalıb bir tərəfdə , bu barədə məlumat verəni cəzalandırırlar". Korrupsiya haqda məlumatını isə Azərbaycanın azı 6 dövlət qurumuna göndərmişdi. Ancaq onlardan cavab gəlmədi. “Ombudsman aparatı poçtalyonluq elədi, məlumatı XİN-ə göndərdi”.

“Prezident administrasiyasından isə ona zəng oldu və həmin zəngdən sonra Avstraliyanın Kanberra şəhərində gecəyarı mənzilindən çıxarıldı , faktiki küçədə qaldı.”

Anar Həsənovun fikrincə, onda olan təəssürata görə, məlumatın gedib, prezidentə çıxması da yolda “blok olunur”.

O birbaşa prezidentə müraciət etməyə cəhd edibmi?

Ümumiyyətlə, xaricdə işləyən Azərbaycan diplomatları qalmaqalları sual doğurur ki, XİN-də nə baş verir?

XİN isə öz növbəsində bildirir ki, Anar Həsənov səfirlikdə işlədiyi müddətdə diplomatik xidmət haqda qanunu, XİN əsasnaməsini , əmək müqaviləsini kobud şəkildə pozurmuş, ciddi xidməti qüsurlara yol verirmiş.

XS
SM
MD
LG