Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:29

Qəzzə bölməsindən İsrailə 200-dən çox raket atılıb


Qəzzədən İsrail raket atılıb. İsrail polisləri, 4 may, 2019
Qəzzədən İsrail raket atılıb. İsrail polisləri, 4 may, 2019

Mayın 4-də Qəzzə bölməsindən İsrail ərazilərinə 200-dən çox raket atılıb.

İsrail ordusunun məlumatına görə ölkənin hava hücumlarından müdafiə sistemləri onlarla raketi tuta bilib.

İsrail mətbuatı yazır ki, raketlərdən bir neçəsi yaşayış binasına düşüb.

Onlarla adamın xəsarət aldığı bildirilir.

İsrail ordusu isə buna cavab olaraq yeraltı tunellər də daxil olmaqla, radikal HƏMAS qrupunun 70-dən çox mövqeinə zərbələr endirib.

İsrail həmçinin Qəzzə bölməsi ilə sərhəddəki 2 keçid məntəqəsini bağlayıb.

Hərbçilər ehtiyyatda olan qüvvələrin səfərbərliyə alınmasını istisna etmirlər.

Fələstin Muxtar Ərazilərinin səhiyyə nazirliyi İsrailin zərbələri nəticəsində 2 nəfərin öldüyünü, 7 nəfərinsə yaralandığını xəbər verir. Ölənlərdən birinin uşaq olduğu bildirilir.

Mayın 3-dən İsraillə Qəzzə sərhədində vəziyyətin yenidən gərginləşdiyi müşahidə olunur.

Fələstinli snayper mayın 3-də 2 İsrail əsgərini yaraladı.

İsrail ordusu isə buna cavab olaraq HƏMAS-ın Qəzzə bölməsindəki mövqelərinə zərbələr endirdi və nəticədə 2 fələstinli öldü.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG