Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:20

Barselona terrorunun əsas şübhəlisi ölənlərin arasında tapılıb


Moussa Oukabir
Moussa Oukabir

İspaniya polisinin açıqlamasına görə avqustun 17-də Barselonada 13 nəfərin həyatına son qoymuş terror hücumunun əsas şübhəlisi Moussa Oukabir ölkənin şimalında yerləşən Kambrils şəhərində polis tərəfindən öldürülmüş beş şübhəlidən biridir.

Bundan əvvəl polis Oukabir-i və daha üç şübhəlini axtardığını bildirmişdi. İndi yalnız bir şübhəli azadlıqda qalır. 4 şübhəli həbs edilib.

Polis bunu da bildirir ki, şübhəlilər əslində daha böyük terror hücumu planlaşdırmışdılar.

Polis xəbər verir ki, avqustun 16-da, Barselona terror aktına bir gün qalmış şəhərin cənub kənarında yerləşən Alkanarda, bir evdə baş vermiş partlayış şübhəliləri daha böyük hücumu həyata keçirmək imkanından məhrum edib.

Şübhəlilər bu evdə bomba hazırlayırdılar və partlayış da elə həmin proses vaxtı baş verib.

Moussa Oukabir qardaşının sənədlərindən istifadə etməklə Barselona hücumunda istifadə edilmiş avtofurqonu və bir neçə saatdan sonra Barselonanın şimalındakı Vik şəhərində aşkar edilmiş başqa bir avtofurqonu kirayələmkdə şübhəli bilinir.Şübhəlilər İkinci avtofurqondan qaçıb aradan çıxmaq üçün istifadə etməli idilər.

17 yaşı olduğu düşünülən Moussa Oukabir Kataloniyanın şimalındakı Girona şəhərində yaşayan İspaniya vətəndaşı idi. Şübhəlilərin əksəriyyəti mərakeşlilərdir.

Avqustun 17-də gecə, polis Kambrils şəhərində avtifurqonu piyadaların üstünə sürən 5 şübhəlini güllələyib. Onların arasında Oukabir də olub. Hadisə zamanı bir piyada ölüb və daha altı nəfər xəsarət alıb.

Bundan sonra avtofurqon aşıb və şübhəlilər maşından çıxıblar.

Polis rəisi Josep Lluis Trapero deyib ki, şübhəlilərdən dördünü bir polis zabiti təkbaşına güllələyib.

Şübhəlilərin əyinlərində intiharçı qurşaqları olsa da, sonradan bunların saxta olduğu aşkar edilib.

Polis mediaya bildirib ki, şəkilləri axtarış lövhəsində Oukabir-lə yanaşı olan 18 yaşlı Said Aallaa, 24 yaşlı Mohamed Hychami öldürülüblər.

Dördüncü şübhəli, 22 yaşlı Younes Abouyaaqoub hələ də axtarışdadır.

Dörd başqa şübhəli həbs edilib. Onlardan biri Alkanardakı evdə baş vermiş partlayışdan sonra saxlanıb. Qalan üç şübhəli Barselona hücumundan sonra Kataloniyanın Ripol şəhərində həbs olunub.

Oukabir-in qardaşı Driss həbs olunanların arasındadır. Bəzi məlumatlara görə o, özü polisə gələrək hücumda iştirak etmədiyini, sənədlərinin oğurlandırğını deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG