Keçid linkləri

2017, 20 Avqust, bazar, Bakı vaxtı 11:51

İspaniyanın hüquq mühafizə orqanları ABŞ-ın sorğusu əsasında rusiyalı hakeri saxlayıb. Pyotr Levashov aprelin 7-də Barselonada saxlanıb. Bu haqda İspaniya Məhkəməsindən AP xəbər agentliyinə məlumat verilib.

"Mənim ərimi Donald Trump-ın qalibiyyəti ilə bağlı hansısa virus yaymaqda günahlandırırlar"- deyə, Levashovun həyat yoldaşı Maria hökumətyönlü Rusiya televiziya kanalına deyib.

Amma İspaniya hüquq mühafizə orqanları Levashovun həbsinin ABŞ prezidenti ilə bağlılığını təsdiqləməyib. ABŞ səfiri isə AP agentliyinə şərhində bunu inkar edib.

Bu ilin yanvarında ABŞ kəşfiyyatı iddia edirdi ki, Rusiya prezidenti Vladimir Putin Donald Trump-ın rəqibi olan Hillary Clintona qarşı təbliğat materiallarını yaymaqla, eləcə də ABŞ seçkiləri ilə bağlı tapşırıq verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG