Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 16:13

Əliyevin 'anti-milli, satqın ünsürlər' sözlərinə reaksiyalar [video]


İsa Qəmbər: 'İlham Əliyev hazırdırsa, debata çıxaq'
Gözlə

No media source currently available

0:00 0:14:52 0:00

İsa Qəmbər: 'İlham Əliyev hazırdırsa, debata çıxaq' [video]

Prezident İlham Əliyev yenə müxalifəti «beşinci kolon» adlandırıb, torpaqların əldən getməsində isə AXC hakimiyyətini günahlandırıb. Müxalifətsə, deyir ki, prezident hazırdırsa, bütün bu məsələləri televiziyada müzakirə edək.

İlham Əliyev mayın 10-da mərhum prezident Heydər Əliyevin doğumunun 94-cü il dönümü ilə bağlı keçirilən mərasimdə ölkə müxalifətindən, etiraz aksiyalarında da danışıb:

Buna da bax:​ İ.Əliyev: 'Onların mitinqlərinə öz qohumlarından başqa heç kim gəlmir'

«Bu gün özünü müxalifət kimi göstərmək istəyən antimilli satqın ünsürlər dövlətimizin ən müqəddəs dəyərlərinə də zərbə vurmağa çalışırlar. Çalışırlar, amma heç nə alınmır. Xaricdən təlimat alanda fəallaşırlar, təlimat almayanda oturub o təlimatı gözləyirlər. Onların mitinqlərinə, əgər belə demək mümkündürsə, öz qohumlarından başqa heç kim gəlmir. Heç qohumları da gəlmir».

AXCP sədri Əli Kərimli deyir ki, prezidentin bu tonda çıxışı yenilik deyil.

Buna da bax: 'Müstəqillik mübarizəsində nə Əliyev, nə də komandası iştirak edib'

Əli Kərimli
Əli Kərimli

«İlham Əliyevin bu çıxışda dedikləri bir neçə il öncə söylədiyi yalanların təkrarıdır. Görünür, İ.Əliyevə elə gəlir ki, yalanı çox təkrarlayanda və ya yayanda, onu həqiqət donuna bürümək mümkün olur. Buradan görünür ki, müxalifətə radikal, hətta düşmən münasibət hökumət mediasından, ayrı-ayrı məmurlardan, sifarişlə seçilən deputatlardan yox, birbaşa İ.Əliyevin özündən qaynaqlanır».

Yerli və beynəlxalq insan haqları müdafiəçilərinin hesabatına görə, Azərbaycanda siyasi məhbusların sayı 100-ü keçib.

Buna da bax:​ Prezident: 'AXC-Müsavat çevriliş etdi, torpaqlarımızı itirdik'

Norveçdə fəaliyyət göstərən “İnsan Haqları Evi Fondu”nun direktoru Maria Dahle deyir ki, Azərbaycanda insan haqlarının durumu ilə yaxşı tanışdır. Onun fikrincə, Azərbaycanda müxalifət və müstəqil vətəndaş cəmiyyəti nümayəndələri, sadəcə, azad ölkədə yaşamaq istəyirlər. Və əsas tələbləri də budur:

Maria Dahle
Maria Dahle

"Baxandakı beynəlxalq standartlar necədir və Azərbaycanda hazırkı durum necədir. Azərbaycanın üzərinə götürdüyü öhdəliklərlə, indiki durum arasında uçurum görürük. Bu uçurum necə aradan qaldırıla bilər, müstəqil vətəndaş cəmiyyəti öz təkliflərini və tənqidlərini səsləndirir. Yəni, mitinqlər həm də beynəlxalq standartlara yaxınlaşdırır".

Buna da bax:​ İsa Qəmbər: 'Əliyev rejimi qırmızı həddi keçir'

Milli Strateji Düşüncə Mərkəzinin İsa Qəmbər prezidentin müxalifətlə bağlı dediklərini böhran və əsassız ittihamlar adlandırır.

İsa Qəmbər
İsa Qəmbər

O, bütün bu deyilənləri geniş və hərtərəfli müzakirə etmək üçün İlham Əliyevi teledebata çağırır. Deyir ki, prezident özünü hazır bilirsə, çıxaq müzakirə edək.

Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Azərbaycan hakimiyyətinə ənənəvi müxalifətdən danışmaq sərf edir:

Buna da bax: İlham Əliyev: 'Azərbaycanda bütün azadlıqlar təmin edilib'

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

"Cəmiyyətdə çox böyük etiraz potensialı var. Cəmiyyət hansısa mədəni, ağıllı, vətənpərvər müxalifətə möhtacdır. Belə bir müxalifətin yaranmaması üçün hakim zümrə ənənəvi, bacarıqsız müxalifəti göstərib deyir ki, baxın müxalifət budur. Baxın, bizi qəbul etməsəniz, bizim mübarizə aparmaq istəsəniz gərək gedib o bacarıqsız müxalifətə qoşulasınız. Xalq isə o onlara qoşulmaq istəmir. Bacarıqlı müxalifət isə həbsdədir".

Buna da bax:​ Əli Kərimli: 'Bu işdə biz zərərçəkənik'

Etiraz aksiyalarına qatılanlar kimlərdir? Bu sualı Bakı sakinlərinə verib, onların da fikirlərini öyrənmişik.

Sizcə, etiraz aksiyalarına çıxan kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:00:49 0:00

Azərbaycan hökuməti insan hüquq və azadlıqlarının pozulması, beynəlxalq öhdəliklərin icra olunmamasına görə tənqid olunur. Hökumət bu tənqidləri rədd edir. Ölkədə ən ali hüquq və azadlıqların təmin olunduğunu bildirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG