Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:39

İran səfirliyindən REAL-la bağlı açıqlama: 'Maraqlıdır ki...'


İran səfirliyi.
İran səfirliyi.

“Bəzi media qurumlarında İran İslam Respublikası ilə Azərbaycan arasında mövcud münasibətlərin genişlənməsini istəməyən dairələrin İranfobiya xətti üzrə fəallaşdığının şahidi olduq”.

İranın Azərbaycandakı səfirliyinin fevralın 2-də yaydığı açıqlamada belə yazılır.

Açıqlamada REAL Hərəkatının fəallarına pul verilməsi barədə ittihamlar təkzib edilib.

Buna da bax:​ Britaniya və Niderland səfirliyi REAL-dan narahatdır

“Onlar hər hansı bir bəhanə əsasında İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərini korlamağa çalışırlar”, açıqlamada vurğulanır.

Səfirlik bildirir ki, İranın Bakıdakı səfirliyinin bir əməkdaşının olduqca aydın, həm də diplomatik fəaliyyətə uyğun olaraq keçirdiyi görüş heç bir əsas olmadan bəzi media vasitələrinin hədəfinə çevrilib.

“Maraqlıdır ki, həm bu görüşdən öncə, həm də ondan sonra Bakıda fəaliyyət göstərən müxtəlif səfirlik əməkdaşlarının bu kimi görüşləri heç bir zaman həmin media qurumlarının ən xırda reaksiyası ilə üzləşməyib”, səfirlik qeyd edir.

Buna da bax: REAL-İran 'xəfiyyə' söhbətinə reaksiyalar

Xatirlatma

İran İslam Respublikasının əməkdaşlarından biri yanvarın 19-da REAL-ın Bakıdakı ofisində hərəkat rəsmiləri ilə görüşmüşdü.

Həmin görüşdən bir neçə gün sonra jurnalist Eynulla Fətullayevin rəhbərlik etdiyi saytlarda xəbər yayılmışdı ki, İran diplomatı REAL-a pul verib.

Bundan sonra isə Baş Prokurorluq REAL fəalları barədə araşdırmalara başlayıb.

Buna da bax:​ İran səfirliyi: 'Ərz edəcək sözümüz yoxdur'

Son bir neçə gündə hərəkatın aparıcı şəxsləri prokurorluqda dindiriliblər.

REAL bunu onlara təzyiq kimi dəyərləndirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG