Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyun, Cümə axşamı, Bakı vaxtı 22:00

Britaniya və Niderland səfirliyi REAL-dan narahatdır


Natiq Cəfərli təkrar prokurorluğa çağırılıb

Yanvarın 31-də REAL Hərəkatının ofisində Avropa ölkələri səfirliklərinin nümayəndələri ilə görüş keçirilib.

Hərəkatdan verilən xəbərə görə, görüşə Böyük Britaniya Krallığının səfirliyinin siyasi məsələlər üzrə katibi, konsul James Holder və Niderland Krallığının səfirliyindən Ayşe Aydin qatılıb.

Onlar hərəkatın sədrinin müavini Azər Qasımlı, icra katibi Natiq Cəfərli, İdarə Heyəti üzvləri Erkin Qədirli və Rəsul Cəfərov ilə müzakirələr aparıblar.

Buna da bax:​ ABŞ səfirliyi REAL-la maraqlanıb

Görüşdə Azərbaycandakı ictimai-siyasi, iqtisadi vəziyyət və gözləntilər müzakirə olunub.

REAL Hərəkatının rəhbəri İlqar Məmmədovun həbsdəki durumu, son günlər bu təşkilat ətrafında baş verənlərin əsas diqqət mərkəzində saxlandığı bildirilir.

Səfirlik nümayəndələrinin hərəkatla bağlı baş verənlərdən narahatlıqlarını ifadə etdikləri qeyd edilir.

Buna da bax: REAL-İran 'xəfiyyə' söhbətinə reaksiyalar

XATIRLATMA

Yanvarın 27-də haqqin.az və virtualaz.org saytlarında Eynulla Fətullayevin imzası ilə «İran xəfiyyəsi Bakıda İlqar Məmmədovun adamları ilə görüşdü, REAL-a pul ayırdı» başlıqlı məqalə dərc edilmişdi.

Məqalədə yanvarın 19-da İranın Azərbaycandakı səfirinin ikinci katibi Mehdi Arefzadeh-nin REAL Hərəkatı rəhbərləri ilə görüşündən bəhs edilirdi. İddia olunurdu ki, görüşdə gizli sövdələşmə olub, İran səfirliyinin nümayəndəsi REAL Hərəkatına pul verib.

REAL rəhbərliyi isə bunu onlara növbəti əsasız təzyiq kampaniyası kimi dəyərləndirmişdi.

Buna da bax:​ İran səfirliyi: 'Ərz edəcək sözümüz yoxdur'

Bunun ardınca da baş prokuror Zakir Qaralovun tapşırığına əsasən, Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi hərəkatla bağlı araşdırmalara başlayıb.

Son 3 gündə hərəkatın idarə heyəti üzvləri prokurorluqda dindiriliblər. Onlardan bəzisi təkrar istintaqa çağırılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG