Keçid linkləri

2026, 23 Aprel, cümə axşamı, Bakı vaxtı 15:58

İran MEK ilə əlaqədə ittiham olunan şəxsi edam edib

Soltanəli Şirzadi Fəxr
Soltanəli Şirzadi Fəxr

İranda qadağan olunmuş "Mücahidini-Xalq" (MEK) müxalif qrupuna üzv olmaqda və İsrail təhlükəsizlik qurumları ilə əməkdaşlıqda təqsirli bilinən şəxs edam edilib.

İran məhkəmə sisteminin rəsmi portalı olan 'Mizan Online' aprelin 23-də məlumat yayıb ki, "MEK terror təşkilatına üzvlük və İsrail kəşfiyyatı ilə işbirliyində təqsirli bilinən Soltanəli Şirzadi Fəxr bu səhər tezdən edam olunub".

"İsraillə əməkdaşlıq" ittihamı

"Mizan" Şirzadinin uzun illər MEK-in üzvü olduğunu, illərlə bu qurumla müxtəlif sahələrdə geniş əməkdaşlıq etdiyini bildirib. İddiaya görə, o, İslam Respublikasına qarşı MEK-in iki rəsmi əməliyyatında iştirakını boynuna alıb.

Onun hansı şəraitdə saxlanıldığı barədə məlumat verilməyib.

Yanvarda İranda kütləvi etirazlar zorakılıqla yatırılandan sonra edamların sayı artıb. Son həftələr MEK ilə əlaqədə ittiham olunan bir neçə siyasi məhbus edam edilib. Onların arasında Məhəmməd Təqəvi Səngdehi, Əkbər Danişvərkar, Babək ƏlipurPuriya Qubadi də var.

Tehran Trampın dediyini təkzib edib

İran dünyada ölüm hökmünü ən çox icra edən ölkələrdən biri olaraq qalır. İnsan haqları təşkilatları İslam Respublikasının ölüm cəzasından cəmiyyətdə xof yaratmaq və siyasi təzyiq vasitəsi kimi istifadə etdiyini vurğulayırlar.

ABŞ Prezidenti Donald Tramp aprelin 22-də bəyan edib ki, onun Tehrana ünvanladığı çağırışdan sonra İran hakimiyyəti müharibədən əvvəlki hökumət əleyhinə etirazlarda saxlanılan səkkiz qadınla bağlı edam planlarını təxirə salıb. İranın məhkəmə sistemi bu iddianı "yalan xəbər" adlandırıb, həmin qadınlar barəsində heç vaxt edam hökmünün olmadığını bildirib.

XS
SM
MD
LG