Keçid linkləri

2026, 28 Mart, şənbə, Bakı vaxtı 00:23

İran idman komandalarının 'düşmən' ölkələrdə yarışlara getməyini yasaqlayır

İran futbol millisi
İran futbol millisi

İranın İdman Nazirliyi milli və klub idman komandalarının İslam Respublikasına düşmən saydığı ölkələrdə oynamasını qadağan edib. Bu haqda İran mediası martın 26-da yazıb.

Nazirlik bildirib ki, bu addım idmançılarının təhlükəsizliyi ilə bağlı atılıb. ABŞ və İsrailin İranla müharibəsi artıq regionun bəzi yerlərinə də yayılmaqdadır.

"Düşmən sayılan, İran idmançılarının və komanda üzvlərinin təhlükəsizliyini təmin edə bilməyən ölkələrdə milli və klub komandalarının iştirakı növbəti xəbərdarlığa qədər qadağandır", – nazirlik bildirib.

İranın futbol komandası builki Dünya Kubokuna vəsiqə qazanıb. Bu çempionata ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcək. Fevralın 28-də ABŞ və İsrail İrana hava hücumlarına başlayandan bəri İranın dünyada ən populyar idman tədbirində iştirakı şübhə altında düşüb.

ABŞ prezidenti Donald Tramp deyib ki, İran komandasının ABŞ-da oynaması xoş qarşılanar, amma bu, onların həyatı və təhlükəsizliyi üçün uyğun olmaya bilər.

İran Futbol Federasiyası FIFA ilə danışıqlar aparır, Dünya Kuboku oyunlarının ABŞ-dən Meksikaya keçirilməsini istəyir. Dünya Kuboku rəsmiləri isə bu günədək belə bir dəyişiklik ehtimalının yüksək olmadığını deyiblər.

İranın milli komandası hazırda Türkiyədədir, martın 27-də Nigeriya və martın 31-də Kosta-Rika ilə yoldaşlıq oyunlarına hazırlaşır.

XS
SM
MD
LG