Keçid linkləri

Təcili xəbərlər
2018, 24 May, Cümə axşamı, Bakı vaxtı 21:42

İranda insan haqları müdafiəçilərinə hücum olunur


Ən simvolik hal kimi kritik xəstə olan insan haqları fəalı Arash Sadeghi-dən söz açılır.

Hassan Rouhani prezident seçiləndən İran hakimiyyəti insan haqları müdafiəçilərinə amansız hücumları davam etdirir, millətin hüquqlarının müdafiəsinə qalxan fəalları qaralayır və həbsə atdırır. «Amnesty International» insan haqları təşkilatının avqustun 2-də açıqladığı hesabatda belə deyilir.

Qurum bildirir ki, son dörd ildə İran ədliyyə hakimiyyəti qarışıq, geniş məzmunlu «milli təhlükəsizlik»lə bağlı ittihamların hüdudlarını genişləndirib, eyni zamanda, insan haqları fəallarına kəsilən həbs cəzalarının müddətini uzadıb.

Sonucda adamlar çox vaxt 10 ildən artıq müddətə məhkum olunurlar, özü də heç cinayət sayıla bilməyəcək hərəkətlərə görə. Məsələn, belə qəbahətlərə Avropa Birliyi və BMT, eləcə də İrandan xaricdə yerləşən media orqanları, beynəlxalq ticarət assosiasiyaları, insan haqları qrupları ilə kontaktlar daxildir. «Amnesty International» də həmin qurumlar sırasındadır. İran dövlət mediası həmin fəallara çox vaxt «xarici agent» və «casus» damğası vurur.

***Buna da bax-İranda hicabı təbliğ edən TV ulduzunun başıaçıq şəkilləri yayılıb

«REPRESSİYA TORUNUN İÇİNDƏ»

«Amnesty»nin 94-səhifəlik hesabatı «Repressiya torunun içində: İranın insan haqları müdafiəçiləri hücum altındadır» adlanır. Hesabatda 45 hal təhlil olunur. Ölüm cəzasına qarşı kampaniya aparanlar, qadın hüquqları fəalları, həmkarlar ittifaqları üzvləri, azlıqların hüquqlarını müdafiə edənlər və vəkillərlə bağlı işlər də həmin hallar içindədir.

Ən simvolik hal kimi kritik xəstə olan insan haqları fəalı Arash Sadeghi-dən söz açılır. Ona 19 il həbs cəzası kəsilib, «Amnesty» ilə kommunikasiya, İranda insan haqlarının durumu üzrə BMT-nin xüsusi məruzəçisinə, Avropa Parlamentinə informasiya göndərmək kimi «pozuntu»larda ittiham olunur. Ağır durumda olmasına baxmayaraq, hakimiyyət onu həbsxanadan kənar xəstəxanaya köçürməkdən dəfələrlə imtina edib. Məsələ bundadır ki, Sadeghi ötən il aclıq aksiyası keçirib, arvadı Golrokh Ebrahimi Iraee-nin həbsinə etiraz edib. Qadın daşqalaq barədə hekayə yazdığına görə həbs olunmuşdu. Görünür, insan haqları fəalından həmin aclıq aksiyasının qisasını alırlar.

***Buna da bax-İranda isti havalar: qadınların əxlaq polisi ilə qarşıdurması

ASHTON-LA GÖRÜŞDƏN SONRA HƏBSƏ

İranda İnsan Haqları Müdafiəçiləri Mərkəzinin rəhbəri Narges Mohammadi isə 16 illik həbs cəzası çəkir. 2014-cü ildə Beynəlxalq Qadınlar günündə Avropa Birliyinin keçmiş xarici siyasət rəhbəri Catherine Ashton-la görüşəndən sonra ona cinayət işi açıldı.

Daha bir hüquq müdafiəçisi Raheleh Rahemipour bir illik həbsə məhkum edilib. Həbsindən öncə BMT İran hakimiyyətindən onun qardaşının və qardaşı qızının 1980-ci illərdə məcburi yoxa çıxmasıyla bağlı informasiya istəyib.

Həmkarlar ittifaqları fəalları Esmail Abdi Davoud Razavi də qısnama və həbslə üzləşiblər. Belə ki, onlar Beynəlxalq Əmək Təşkilatı kimi qurumlarla əlaqə yaradıblar.

Hesabatda İran azərbaycanlılarından Alireza Farshi-nin də adı çəkilir. O, 15 illik həbsə məhkum edilib. «Qəbahət»lərindən biri Beynəlxalq Ana Dili gününün qeyd olunmasıyla bağlı UNESCO-ya məktub yazmasıdır.

Günün bütün mövzuları

XS
SM
MD
LG