Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:30

İranda isti havalar: qadınların əxlaq polisi ilə qarşıdurması


Iranda əxlaq polisinin yoxlaması
Iranda əxlaq polisinin yoxlaması

İranda isti havalar qadınların əxlaq polisi ilə qarşıdurma riskini artırır.

Temperatur yüksəldikcə İranın böyük şəhərlərinin küçələrində potensial qurbanlarını güdən əxlaq polisinə daha tez-tez rast gəlinir

Hava proqnozunda gələn həftə Tehranda havanın quraq, temperaturunsa 36 - 38 dərəcə olacağı deyilir. Bu da var ki, Tehran İranın ən isti şəhərlərindən biri deyil. Havalar istiləşdikcə, təbii ki,daha çox qadın geyimini naziltməyə, daha boş, sərbəst paltar və baş örtüklərinə üstünlük verməyə çalışır. Ancaq bu, həm də islam mühafizə polisi və ya "əxlaq polisi" ilə qarşıdurma riski deməkdir.

“Hicabı təbliğ qanunu nəzərdən keçirilməlidir”

12 il öncə qəbul edilmiş qanuna arxalanan əxlaq polisinə geniş, tam müəyyən edilməmiş səlahiyyətlər verilib. Bu səlahiyyətlərdən biri də, onların fikrincə, islami əxlaq qaydalarına əməl etməyən qadınlarla mübarizə aparmaqdır. Beləcə, qaydaları pozduğunu iddia etdikləri istənilən qadını cəzalandıra, həbs edə və ya ona nəsihət verə bilərlər.

İran hökumətinin yüksək vəzifəli nümayəndəsi ilk dəfə etiraf edib ki, hicabın qanuni təbliği və bu qaydanı pozanları cəzalandırmaq siyasəti uğursuzluğa düçar olub.

“Hicabı təbliğ etmək haqda qanun və onun əxlaq polisi vasitəsilə icra edilməsi layihəsi həqiqətən də dərindən nəzərdən keçirilməlidir”,- prezident Hassan Rouhani-nin qadın və ailə məsələləri üzrə maüvini Shahindokht Molaverdi-nin sözləridir.

Molaverdi iyulun 18-də İran Tələbə Xəbər Agentliyinə (ISNA) verdiyi müsahibədə belə deyib: “Rabitə və informasiya texnologiyalarındakı inqilab cəmiyyəti ciddi və hissolunacaq dərəcədə dəyişdirib... İnsanların geyim və həyat tərzindəki dəyişikliklər belə deməyə əsas verir".

O qeyd edib ki, qanunda dəyişiklik edilməlidir və "bu, qaçılmazdır".

Buna da bax: Özbəkistanda hicab taxan, şort geyən abituriyent ola bilməz

“Biz qəbul etməliyik ki...”

"Biz qəbul etməliyik ki, hicab və ismətə münasibətdə itələyici yanaşma uğursuzluğa düçar olub", - deyə Rouhani-nin müavini əlavə edib.

Molaverdinin bu şərhi rəsmən "Hicab və ismət həftəsi" adlandırılan həftədən iki gün sonra dərc edilib. "Hicab və ismət həftəsi" qatı mühafizəkar din xadimi Ayatollah Ahmad Alam al-Hoda-nın təəccüb doğuran sözləri ilə başa çatıb:

İranda hicab yoxlaması
İranda hicab yoxlaması

“Hicab qadınlar üçün vacib olmayan yeganə şeydir. Reza Şahın avtokratik tədbirlərinə baxmayaraq, hicabı qadağan edən qanun uğurla icra edilməmişdi". Ayatollah Ahmad Alam al-Hoda ali dini liderin nümayəndəsi və İranda ən müqəddəs şəhər sayılan Məşhədin cümə namazı rəhbəridir.

Alam al-Hoda-nın şərhindən sonra Molaverdi öz fikirlərində bir qədər də irəli gedib: “Hicabla bağlı təhlükəsizlik yanaşması mədəni yanaşma ilə əvəzlənməlidir”.

Molaverdiqeyd edib ki, rəhbəri olduğu idarə prezident Rouhani və Ümumi Mədəniyyət Şurası Katibliyi ilə razılaşdırılmış qaydada rəsmən hicab qanunda düzəliş edilməsini xahiş edib.

“Əməkdaşlığa hazırıq”

“Biz hicab qanununun dəyişdirilməsi üçün müvafiq qurumlarla əməkdaşlıq etməyə hazırıq", - deyə Molaverdi vurğulayıb.

Molaverdi-nin sözlərinə görə, hicab çoxtərəfli məsələdir. O bildirib ki, cəmiyyətdə sadəliyi və isməti təbliğ etmək, eləcə də hicabı düzgün örtməyənlərlə mübarizə aparmaq üçün "mədəni üsullardan yararlanmaq" lazımdır.

Molaverdi-nin fikrincə, hicabı düzgün örtməmiş qadınlarla mübarizədə təhlükəsizlik qüvvələrindən istifadə əl atılacaq ən son tədbir olmalıdır.

Ancaq hələlik, İranda havalar istiləşdikcə, təhlükəsizlik qüvvələri ilə hicabını "pis örtmüş" qadınlar arasında gizlənpaç oyunu get-gedə daha da qızışır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG