Keçid linkləri

Təcili xəbərlər
2018, 16 Avqust, Cümə axşamı, Bakı vaxtı 10:41

Serzh Sargsian: 'İranın Ermənistanla xüsusi bağları var'


İran, islahatçı "Şərq" qəzeti, 31 iyul 2017

Ermənistan prezidenti Serzh Sargsian bir daha bildirib ki, ölkəsi İranla “qarşılıqlı maraq doğuran bütün sahələrdə” əlaqələri dərinləşdirmək niyyətindədir.

O, bazar ertəsi (avqustun 1-də) İranın “Şərq” qəzetinə müsahibəsində deyib ki, “ölkələrimiz və xalqlarımız arasında xüsusi əlaqələrin daha da inkişafı üçün çoxlu ön şərtlər var”.

Buna da bax:​ 'Sargsian Ermənistanın milli təhlükəsizliyini iflasa uğradıb'

ƏLAQƏLƏRİN DAYAQLARI

AzadlıqRadiosu-nun erməni xidmətinin məlumatına görə, Sargsian daha sonra qeyd edib ki, “Ermənistan və İran əlaqələri həmçinin “xristianlıq və islam arasında dialoqa”, “mədəni bənzərliklərə”, eləcə də, ümumi geopolitik maraqlara əsaslanır”. O bildirib ki, hər iki ölkə təhlükəsizliyin “qurucularıdır”:

“Ölkələrimiz regionda minilliklərdən bəri davam etmiş qonşuluq münasibətlərinin bir-birinə sıx bağladığı qədim və zəngin mədəniyyətlərin varisləridir”.

Bu həftə İranın yenidən seçilmiş prezidenti Hassan Rouhani-nin andiçmə mərasimində iştirak etmək üçün Tehrana yola düşəcək Sargsian bu münasibətləri bir daha vurğulayacaq. Ermənistan lideri 2013-cü ilin avqustunda da Rouhani-nin andiçmə mərasiminə qatılmışdı.

Buna da bax: Ermənistan Azərbaycanın 'Xrizantema'larına necə yanaşır?

İran prezidenti Hassan Rouhani də təxminən eyni fikirləri səsləndirmişdi. “Bizim ölkələrimiz eyni mədəniyyətə və sivilizasiyaya aiddir", – deyə o, ötən ilin dekabrında Yerevana rəsmi səfəri zamanı qeyd etmişdi.

Serzh Sarkisian və Hassan Rouhani Yerevan aeroportunda, 21 Dek 2016
Serzh Sarkisian və Hassan Rouhani Yerevan aeroportunda, 21 Dek 2016

O əlavə etmişdi ki, İran Ermənistana verdiyi təbii qazın həcmini artıracaq və xristian qonşusu ilə iqtisadi əlaqələri daha da dərinləşdirəcək.

AZAD TİCARƏT, VİZASIZ GEDİŞ-GƏLİŞ

Sargsian-sa “Şərq” qəzetinə müsahibəsində ikitərəfli əlaqələrdən danışıb. O, ikitərəfli ticari əlaqələrin gücləndirilməsinin vacibliyini də vurğulayıb. Prezident Ermənistandan İrana elektrik enerjisinin ötürülməsini əhəmiyyətli dərəcədə artıracaq yeni ötürücü xəttin inşasının davam etdiyini və yaxın gələcəkdə Ermənistanla İran sərhədində “azad iqtisadi zona”nın fəaliyyətə başlayacağını vurğulayıb.

Buna da bax:​ Sargsian: 'Kimi seçirsiniz seçin...' [video]

Onun sözlərinə görə, İran və Avrasiya İqtisadi İttifaqına rəhbərlik edən Rusiya arasında azad ticarət danışıqları onun rəhbərliyi dönəmində başlayıb. Sargsian bundan başqa qeyd edib ki, İran sərmayəçiləri Ermənistanın Avropa İttifaqı ilə olan güzəştli ticarət rejimindən də faydalana bilərlər.

Bu ilin əvvəlində Ermənistanın Nəqliyyat nazirliyinin rəsmiləri və milli dəmir yolu şəbəkəsi iranlı biznesmenlərə kommersiya yüklərini Avropaya göndərmək və oradan qəbul etmək üçün Ermənistan ərazisindən istifadə imkanı da verib.

2016-cı ilin iyununda Ermənistan və İran arasında vətəndaşların vizasız gediş-gəlişini təmin edən razılaşma imzalanıb.

Sargsian-ın sözlərinə görə, o vaxtdan İrandan Ermənistana gələn turistlərin sayı əhəmiyyətli dərəcədə artıb.

Buna da bax:​ Ermənistanın 'milli birlik' ideyası fonunda itirdikləri

HƏRBİ ƏMƏKDAŞLIQ GÜCLƏNİR

Yerevan və Tehran arasında hərbi əməkdaşlığın da gücləndiyi sezilir.

Ermənistanın Müdafiə naziri Vigen Sargsian bu ilin yanvarında Tehranda İranlı həmkarı Hossein Dehgan ilə görüşündə bu sahədə müzakirələr aparıb.

Sargsian müdafiə sənayesini ikitərəfli əməkdaşlığın potensial komponenti kimi qiymətləndirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG